Macarıstan Azərbaycanın Avropaya açılan qapısıdır.
19.06.2013 [12:54]
Səfir Jolt Çutora: «Bakı-Budapeşt birbaşa hava reysinin açılması ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə səbəb olacaq»
«Bu gün Azərbaycanla Macarıstan arasında əməkdaşlıqda tarixi bir hadisə gerçəkləşir. İyunun 18-də gecə yarısı Budapeştdən qalxan sərnişin dolu təyyarə səhər saatlarında artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında yerə enəcək. Bu, mənim ən böyük arzum idi və nəhayət, o, reallaşdı. Odur ki, özümü çox xoşbəxt hiss edirəm». Bu sözləri Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora ötən gün keçirdiyi mətbuat konfranısında səsləndirdi. Tədbir Macarıstanın «Wizz Air» şirkətinin Azərbaycan paytaxtına birbaşa hava reysinin açmasına həsr olunmuşdu.
Jolt Çutora həmçinin, qeyd edib ki, ölkələrimiz arasında əlaqələrə iki il yarım öncə yeni impuls verilib. Beldə ki, 2011-ci ildə Macarıstanın prezidenti Pal Smitt, 2010 və 2012-ci illərdə isə baş nazir Viktor Orban Azərbaycanda səfərdə olublar . Bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin macarıstana səfəri gerçəkləşəcək. Diplomatın sözlərinə görə, bütün bu səfərlər ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə, eyni zamanda ticarət dövriyyəsinin artmasına öz müsbət təsiri göstərəcək.
«Yeni birbaşa hava reysin fəaliyyətə başlaması ilə Macarıstan Azərbaycanın Avropaya açılan qapısı olacaq. Belə ki, daha ucuz qiymətə Budapeştə gələn azərbaycanlı iş adamları, sərnişinlər, buradan asanlıqla Avropa İttifaqına üzv olan istənilən ölkəyə sərfəli qiymətlərlə uçmaq imkanı əldə edəcəklər. Belə ki, «Wizz Air» şirkətinin təklif etdiyi tariflər digər aviaşirkətlərlə müqayisədə daha aşağıdır»,-deyə səfir vurğulayıb. Diplomat, həmçinin, Budapeştdən Bakıya uçan ilk təyyarənin sərnişinləri arasında onun yaxın qohumları və dostlarının da olduğunu bildirib.
Wizz Air» şirkətinin baş icraçı direktoru Yojef Varadi isə tədbirdə əvvəlcə şirkətin fəaliyyəti haqda ə ətraflı məlumat verərək, qeyd edib ki, Bakı şəhəri hazırda şirkətin ən uzaq Şərq uçuş nöqtəsidir. Onun sözləriə görə, bu uçuş əaqələrin inkişafına öz töhfəsini verəcək: "Azərbaycan Macarıstan əlaqələri son iki ildə dinamik inkişaf edib və biz bu əlaqələrin inkişafında öz töhfəmizi verməkdən məmnunuq. Bizim təyyarələrimiz dünyanın 33 ölkəsinin 93 məntəqəsinə uçuşlar həyata keçirir. Uçuşları müasir 44 ədəd «Airbus A320» modelli təyyarələr yerinə yetirir. Təyyarə parkımızda orta yaş həddi 3,5 il təşkil edir ki, bu da uçuşların tam təhlükəsiz həyata keçirilməsinə şərait yaradır».
2012-ci ildə , «Wizz Air» şirkətinin təyyarələri ilə 12 milyon sərnişin daşındığını qeyd edən Yozef Varadi, cari ildə bu rəqəmin 13,5 milyonadək yüksələcəyinə inandığını bildirdi. «Hesablamalarımıza görə, bu il Bakı-Budapeşt reysindən təqribən 30 min sərnişin istifadə edəcəkdir. Qarşıdakı illərdə, bu rəqəmin daha da artacağını gözləyirik»,-deyən Y.Varadi, yeni hava reysinin xidmətindən yalnız macarıstanlıların deyil, digər qonşu ölkələrdən olan sərnişinlərin də istifadə edəcəklərinə inandığını söylədi.
«Wizz Air» şirkətinin rəhbərinin sözlərinə görə, Bakıdan Budapeştə uçuş qiyməti 39,9 avro təşkil edəcək. Bu qiymətə təyyarənin göyərtəsində göstərilən xidmətlər daxil deyildir. Sərnişinlər, öz istəyinə uyğun olaraq, həmin xidmətlərdən(yemək, içki və s.) yararlana biləcəklər.
Xatırladaq ki, «Wizz Air» şirkətinə məxsus təyyarələr həftədə iki gün uçuşları həyata keçirəcəklər. Bazar ertəsi Budapeştdən qalxan «Airbus A320» çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Hava Limanından geriyə kurs götürəcək. Şənbə günü Bakıya gələn təyyarə isə bazar günü geri qayıdacaq.
Şirkət rəhbəri , daha sonra, yeni hava reysinin rentabelli olacağına da inandığını söylədi.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

