Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
19.03.2025 [09:42]
Azərbaycan və İsrail yeni iqtisadi layihələr icra etmək niyyətindədir
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr son illərdə daha da inkişaf edərək yeni sahələrdə birgə layihələrin icrası üçün dərin zəmin yaratmaqdadır. Hər iki ölkənin biznes icması və iqtisadi strukturları arasında intensivləşən münasibətlər iqtisadi-ticari, investisiyalar üçün yeni imkanlar açır. Həmçinin davamlı xarakter alan Biznes-Forumlar sahibkarlar arasında təşəbbüskarlığı daha da artırır. Bu günlərdə İsraildə işgüzar səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşündə investisiya əməkdaşlığının prioritetləri, sənaye zonaları çərçivəsində işbirliyi, işgüzar dairələr və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi barədə müzakirələr aparılıb. Bu, tərəflər arasında yüksək səviyyəli əlaqələri daha da irəliyə aparmaq üçün yeni imkanların səfərbər olunması deməkdir.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalar kimi mühüm yer tutur. Bu, eyni zamanda iqtisadi-ticarət təmasların daha da inkişafını sürətləndirir.
Həmçinin İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır.
Biznes Forumları iqtisadi imkanları artırır
İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mühüm yer tutur. Bu ölkə ilə respublikamız arasında qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. İşgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam etdirilir. İsrail şirkətləri ilə həmçinin sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.
Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması münasibətlərin yeni mərhələyə yüksəlməsində təkanverici rol oynayıb, bir sıra sahələrdə birbaşa təmaslar üçün hüquqi-iqtisadi sütunlar yaradıb.
Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycan-İsrail Biznes Forumları da mühüm rol oynamaqdadır. Tərəflər arasında ötən illərdə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, iqtisadi sahəyə dair anlaşma memorandumları ticari-investisya dinamikasını artırıb. Son illərdə ticari mübadilələrin həcmləri artaraq 1 milyard dollara yaxınlaşıb.
Kosmik sənayedə uğurlu model
İsrail və Azərbaycan arasında son illərdə müasir sənaye quruculuğu, süni intellekt, kibertəhülkəsizlik sahələrində əməkdaşlıq daha intensivləşib. Azərbaycanın 2026-cı ildə fəzaya buraxmağa hazırlaşdığı növbəti optik müşahidə peykinin hazırlanmasında israilli peşəkar mütəxəssislər də iştirak edir. “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Azersky-2” kosmik peykinin dünya peyk ailəsinə qoşulması nəzərdə tutulur. Dünyanın ən güclü texnologiya şirkətlərindən olan “Israel Aerospace Industries” şirkəti yeni peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağında Azərbaycanlı mütəxəssislərə köməkliyini göstəməkdədir. “IAI” proqram çərçivəsində “Azersky-2” üzrə iki peyk hazırlanması planlaşdırılır. İsraillə birgə 2026-cı ildə yeni peykin orbitə çıxarılmasından sonra 2028-ci illdə daha bir “Azersky-2” qurğusu fəzaya buraxılacaq.
Süni zəka və kibertəhlükəsizlik sahəsində yeni platforma
“İsrael Aerospace Industries” şirkəti dünyada unikal sənaye və kosmik mallar tədarükçüsü olmaqla Azərbaycanda da yeni innovasiyaların təşviqində və yeni nəsil texnologiyaların hazırlanmasında də dəstəyini göstərmək niyyətindədir. Süni zəka layihələrində tərəfdaşlıq üzrə səmərəli platforma qurulmaqdadır. Ölkələrimiz arasında kibertəhülkəsizlik üzrə də yeni imkanlar dəyərləndirilir. İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təsis edilməsindən sonra Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni platformanın qurulması planlaşdırılır ki, bu da kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı kimi starteji hədəflərin müəyyən edilməsində mühüm rol oynayacaq.
Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, burada yaradılan sənaye zonalarının fəaliyyəti də israilli iş adamları üçün maraq doğurur. Onlar bu bölgədə “ağıllı texnologiyaların” tətbiqi, aqrar layihələrdə iştirakı nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

