Tarixi anlaşma
02.04.2025 [10:06]
Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət sərhədlərinin qovşağına dair saziş və əbədi dostluq haqqında Bəyannamə imzalayıb
Martın 31-də Mərkəzi Asiya regionu üçün olduqca əlamətdar olan siyasi hadisə baş verib, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları - Sadır Japarov, Emoməli Rəhmon və Şavkat Mirziyoyev Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekununda strateji sazişlər imzalayıblar. Liderlərin imzaladığı sənədlər arasında dövlət sərhədlərinin qovşağına dair saziş və əbədi dostluq haqqında Bəyannamə daha xüsusi əhəmiyyət daşıyan siyasi anlaşma kimi yadda qalıb. Dövlət başçıları bu sənədlərin imzalanmasının ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin rəmzi, eyni zamanda, Mərkəzi Asiyada konstruktiv dialoq və səmərəli əməkdaşlığın nümunəsi olduğunu vurğulayıblar. Bəyanatda qeyd edilir ki, sabitlik və rifah, davamlı inkişaf məqsədləri, regionun beynəlxalq nüfuzunun artırılması naminə birgə əməkdaşlığı artıracaq və münasibətlərin inkişafına xidmət edən mühüm hədəfləri həyata keçirəcəklər.
Dayanıqlı sülh və sabitlik naminə
Üç ölkə arasında mühüm siyasi məzmun daşıyan Bəyannamə, Asiya bölgəsində yeni siyasi arxitekturanın formalaşması və regional sabitliyin möhkəmləndirilməsi, habelə dövlətlərarası münasibətlərin irəliləməsi üçün yeni səhifə açır. Sənəd ilk növbədə, Orta Asiya regionunda dayanıqlı sülh və sabitlik üçün strateji əhəmiyyət daşıyır. Xüsusən də Qırğızıstan və Tacikistan arasında son 20 ildə baş verən siyasi gərginliklərin aradan qalxamsı və dayanıqlı birgə əməkdaşlıq ruhunun möhkəmlənməsi baxımından ciddi anlaşma hesab edilə bilər. Belə ki, son illərdə Qırğızıstan və Tacikistanın ərazi mübahisələri zəminində yaşadığı gərginliklərə və sərhəd zonalarında müxtəlif vaxtlarda yaranan silahlı toqquşmalara son qoyulması, Batken bölgəsində sülhün və yekun delimitasiyanın təmin edilməsi üçün möhkəm zəmin yaranmış olur. Eyni zamanda, Orta Asiyada, xüsusən də Fərqanə vadisindəki coğrafiyada anklavlarla bağlı mübahisələrin də həlli üçün razılaşmalara niyyəti ifadə edir.
Orta Dəhlizdə yeni fürsətlər
Beləliklə, 3 ölkə arasında əldə edilmiş razılaşmalar regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi, sabitliyin qorunması və inteqrasiya proseslərinin inkişafı üçün yeni perspektivlər açır. Yeni siyasi-geoiqtisadi mürəkkəb konfiqurasiyalar mühitində Orta Asiya-Xəzər-Avropa əməkdaşlıq formatının daha da möhkəmlənməsinin təmin edilməsində fürsətləri artırır. Bu bölgə Şərqdən Qərbə doğru istiqamətlənən qlobal trans-nəqliyyat və enerji, logistika qovşaqlarının kəsişdiyi ən strateji coğrafiyalardan biridir. Çindən Xəzər dənizi regionu, Türkiyə-Qara dəniz və Avropa marşrutlarının ən mühüm həlqələri bu coğrafiyalardan keçir.
Özbəkistan və Qırğızıstan Türk Dövlətləri Təşkilatında (TDT) yer alan və fəal siyasi iradəsi ilə fərqlənən ölkələrdəndir. Tacikistan bu təşkilatın rəsmi üzvü olmasa da, əhatə olunduğu ölkələrlə sıx inteqrasiya fonunda TDT-nin mühüm layihələrinin faktiki olaraq iştirakçısına çevrilməkdədir. Hazırda TDT ölkələrinin əsas hədəf nöqtələrindən biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) nəqliyyat və logistika bağlantılarının bir çox şaxəsi Tacikistanla bağlıdır. Hazırda inşa olunan Özbəkistan-Qırğızıstan-Çin yeni dəmir yolunun inşası çərçivəsində Tacikistanın da öz polad magistrallarını bu çoxşaxəli bağlantıya cəlb etməsi nəzərdə tutulur. “Tacikistan Dəmir Yolları” optimal nəqliyyat marşrutların və kommunikasiyalarını təkmilləşdirmək barədə qərar qəbul edib ki, bu, Orta Dəhlizə inteqrasiya istiqamətində niyyəti ifadə edir. Yəni, Tacikistan Orta Dəhliz boyunca zəruri nəqliyyat infrastrukturlarına qoşulmaqla, Türk dövlətlərinin müasir logistika, azad ticarət və gömrük, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması, fiber-optik bağlantı və digət iqtisadi formatlara daxil olmaqdadır.
TDT-nin inteqrasiyasında mühüm mərhələ
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev də mövcud iqtisadi-siyasi fraqmentasiyalar şəraitində Tacikistanın TDT ailəsində yer almasını ən uğurlu seçim hesab etdiyini bildirib. Qırğızıstan, Özbəkistan və Tacikistan arasında Üçtərəfli Sazişi alqışlayan Ömüraliyev bildirib ki, bu sənəd regional əməkdaşlığın gücləndirilməsi, Mərkəzi Asiyanın ətraf bölgələrlə iqtisadi inkişafının təşviqi istiqamətində, həmçinin, TDT ölkələri arasında birliyin güclənməsində əhəmiyyətli faydalar verəcək.
Beləliklə, Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhəd qovşaqları üzrə fundamental sənədin imzalanması təkcə 3 ölkənin deyil, 10-dan artıq dövlətin etibarlı və uzunömürlü inteqrasiyasında yeni dövrün başlanması hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

