Bank olmasa da...
21.05.2025 [10:21]
Minlərlə insanın kredit ünvanıdır
BOKT-ların alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanları genişləndirilə bilər
Mərkəzi Bank (MB) bank olmayan kredit təşkilatlarının (BOKT) alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi imkanlarını dəyərləndirir. Azərbaycan Mikromaliyyə Assosiasiyasına (üzv təşkilatların və bank olmayan kredit təşkilatlarının rəhbər şəxslərinin MB-da keçirilən görüşündə BOKT-ların maliyyə bazarlarında daha aktiv fəaliyyətinin təmin edilməsi üçün təkliflər müzakirə olunub. Bank olmayan kredit təşkilatlarının cari ilin ilk rübündə fəaliyyətinin nəticələri və bank sistemindəki rolunun perspektivləri nəzərə alınaraq yeni qəbul edilmiş “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində bu qurumlara əlavə imkanların yaradılması qərara alınıb.
Qeyd edək ki, ötən ilin sonunda Mərkəzi Bankın təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na əsasən, qeyri-bank qurumlarının nizamnamə kapitalı tələbinin üç dəfədən çox artırılması tələbi qoyulub. Məqsəd mikromaliyyə sektorunun tənzimlənməsində və maliyyə xidmətlərinin göstərilməsində BOKT-ların fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək, həmçinin onların göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq və korporativ idarəetməni inkişaf etdirməkdir. Həmçinin, BOKT sektorunda risklərin sığortalanması sistemini təmin etməklə onların etibarlılığını artırmaq, biznesə kredit ötürücülüyündə fəallığını təşviq etmək başlıca məqsədlərdəndir.
Ümumilikdə, MB qeyri-bank təşkilatlarının dayanıqlığının artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsini və kreditləşmənin keyfiyyətinin yaxşılaşdırılması üçün əlavə stimullaşdırıcı addımlar atmaq niyyətindədir.
BOKT-ların aktivləri 1 milyard manata çatıb
Hazırda BOKT-ların aktivləri (2025-ci il yanvarın 1-ə) 1 milyard manat təşkil edir ki, bu da 5 il əvvəlki göstəricisi ilə müqayisədə üç dəfədən çox, ötən illə müqayisədə isə 24 faiz çoxdur. BOKT-ların nizamnamə kapitalı 2020-ci ildəki 141 milyon manatdan 2024-cü ilin sonuna 456 milyon manata qədər yüksəlib. Sektorun xalis mənfəəti ötən il 231 milyon manat təşkil edib, verilən kreditlərin ümumi həcmi isə 800 milyon manatı ötüb. Bu rəqəmlər qeyri-bank qurumlarının bazardakı fəaliyyətinin kifayət qədər möhkəmlənməsini təsdiqləyir.
Bank olmayan kredit qurumlarının sayı 50-dən çox olmaqla bankların sayını iki dəfə üstələyir, hətta elə BOKT var ki, banklarla güclü rəqabət aparmaq gücünə malikdir, bölgələrdə çoxsaylı filalları fəaliyyət göstərir və filial sayı bəzi banklardan çoxdur. Təxminən 5 BOKT-un 20-35 arasında regional filalları var ki, bu da bir neçə bankın filial sayını üstələyir.
Kiçik biznes və ailə təsərrüfatlarının dayağı
BOKT-ların öz portfelini genişləndirmək üçün imkanları da genişdir, xüsusilə də bölgələrdə böyük müştəri kontingenti formalaşıb. Bölgələrdə fəaliyyət göstərən BOKT-lar kənd təsərrüfatı, bağçılıq, kiçik fermer təsərrüfatları, mikro və kiçik biznes subyektləri üçün ən sərfəli maliyyələşmə ünvanıdır. Bu qurumların girov mexanizmi də banklardan müəyyən qədər yumşaqdır, BOKT-lar daha çox qızıl-zinət əşyalarının girovu ilə kredit verir ki, bölgədə çalışan kiçik sahibkarlar üçün də bu əlçatanlıq baxımından sərfəli sayılır. Eləcə də hazırda rayonlarda yaradılan ailə kəndli təsərrüfatlarına verilən kreditlərin də əsas təchizatçısı BOKT-lardır.
Bütün bu amillər maliyyə bazarında böyük maliyyə təchizatçısı institutu kimi BOKT-ların iqtisadiyyatın real sektorlarının kreditləşməsində və biznes üçün əsas mənbələrdən birinə çevrilməsində daha aktiv fəal yer almasını şərtləndirir.
Hazırda ölkə iqtisadiyyatı böyüyür, biznesin sayı və maliyyə ehtiyacları da artır. Yeni inkişaf meyarları biznes sektorunun ildə milyardlarla manat kredit tələbatının qarşılanmasını ehtiva edir. Dövlətin öz güzəştli maliyyə təminatı siyasəti, eləcə də, kommersiya banklarının yerli resursları hesabına ayırdığı kreditlərin həcmi yenə də biznesin tələbatını ödəmir. Ona görə də, qeyri-bank qurumlarının da bu prosesdə fəal rol alması təşviq edilir.
Məsafədən kreditləşmə
Mərkəzi Bank bu çağırışları nəzərə alaraq bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişlənməsinə yol açmağa çalışır. Ötən il “Bank olmayan kredit təşkilatları haqqında” qanuna edilmiş dəyişikliklər nəticəsində BOKT-lara müştərilərə kreditlərin verilməsi üçün hesabın açılması, kredit kartlarının emissiyası kimi hüquqlar verilib. BOKT-lar banklarla müqavilələr əsasında “co-brend” kartlar olan adsız kartlardan istifadə edirdisə, hazırda kart emissiya etmək hüququ əldə etmək hüququ qazanıb. Yaxın vaxtlarda onların Mərkəzi Bankda müxbir hesabının açılması təmin edildikdən sonra kart emissiyasına da başlanılacaq və nəticədə bu qurumların kapital bazarlarına inteqrasiyası genişlənəcək. Həmçinin, BOKT-lara müəyyən səlahiyyətlərin verilməsi müştərilərlə əlaqəsini artıracaq. Xüsusən də kiçik və orta biznesin maliyyə ehtiyaclarının ödənilməsində mikrokredit təchizatı zəncirində payını artıra bilər.
Beləliklə, bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində əlavə imkanların yaradılması onların alternativ maliyyə xidmətlərinə çıxışını təmin edəcək, yeni maliyyə məhsullarının hazırlanmasına şərait yaradacaq. Ümumilikdə, BOKT-ların fəaliyyətinin tənzimlənməsindəki dəyişikliklər maliyyə xidmətlərinin əlçatanlığının genişləndirilməsində mühüm rol oynamaqla, əlavə xidmətlərin göstərilməsi və innovativ kredit məhsullarının hazırlanmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15

