Azad olunmuş ərazilərin iqtisadi potensialı artır
30.05.2025 [09:26]
Yeni müəssisələr inkişafa töhfə verəcək
Prezident İlham Əliyevin mayın 27-də Laçına səfəri zamanı açılışını etdiyi yeni müəssisələr Şərqi-Zəngəzurun iqtisadi potensialına yeni güc qatmaqla bölgənin inkişafına təkan verəcək. “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının istifadəyə verilməsi bölgədə istehsal və məşğulluq sahələrində yeni imkanlar deməkdir. “Laçın Aqro-Sənaye Parkı”na məxsus fabrikin istehsal etdiyi məhsullar daxili bazarda satılmaqla yanaşı, Avropa ölkələrinə də ixrac ediləcək ki, nəticədə bu rayonda ixractutumlu sahə formalaşacaq.
Ayaqqabı fabriki Laçının ilk sənaye obyektlərindən biri olmaqla rayonun nəhəng sənaye, aqro-sənaye, məişət texnologiyaları və digər istehsal-emal zəncirlərinin qurulmasında flaqmanlardan sayıla bilər. “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə, 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur ki, burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.
Laçında istifadəyə verilən “LATIFA” tikiş fabriki də region üçün əhəmiyyətli müəssisələrdən hesab edilə bilər. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Laçında iqtisadi fəallıq canlanır
Sənayenin mərkəzlərindən birinə çevrilən Laçındakı Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Nəticədə regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək tədbirləri sayəsində iqtisadi fəallıq canlanacaq, bu bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyası güclənəcək.
Laçında sosial, enerji və kommunikasiya infrastrukturlarının qurulması da sürətlə davam etdirilir. Dövlət başçısının açılışını etdiyi Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi bu baxımdan dayanıqlı enerji təminatı baxımından mühüm obyekt kimi dəyərləndirilə bilər. Mərkəz şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyini təmin edəcək. Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdarəetmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır.
Bölgə turizm sənayesinin mərkəzinə çevrilir
Azad ərazilər zəngin və füsunkar təbiəti ilə turizmin cəlbedici ünvanına da çevrilməkdədir. Bölgədə yaradılan hotel və turizm kompleksləri azad edilmiş ərazilərdə turizm potensialının böyük turizm mərkəzinə çevrilməsinin göstəricisi hesab edilir. Nəzərə alsaq ki, Füzuli, Zəngilan və Laçında Beynəlxalq Hava Limanları istifadəyə verilib, bu, turizm xidmətində ən mühüm amillərdən biri olan nəqliyyat infrastrukturunun xüsusi önəmi fonunda xarici turistlərin axını üçün geniş imkanlar deməkdir.
Dövlət başçısının açılışını etdiyi Zerti kəndindəki “Laçın” İstirahət Kompleksi nəhəng turizm məkanı kimi qiymətləndirilə bilər. Ərazisi 11.2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə, 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb.
Qarabağın əsrarəngiz təbiətində, Laçın rayonunun dağ zirvəsində yerləşən bu məkan bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət göstərən mühüm layihələrdən biridir. Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək.
Göründüyü kimi Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının səfərbər edilərək iqtisadi zəncirə inteqrasiyası ilə paralel şəkildə davam etdirilir.
“Yaşıl enerji” istehsalında rekord göstəricilər
Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” məkanlarından biri kimi azad ərazilərin ehtiyatlarına böyük əhəmiyyət verilməkdədir. Sənəddə digər ərazilər kimi Qarabağ və Şəriq-Zəngəzurda da “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur.
Azad ərazilər hidroenerji, külək və Günəş enerjisi, termal su mənbələrinin gücünə görə də, ən zəngin bölgələrdəndir. “Yaşıl enerji” zonası elan edilmiş bu regionda bərpa olunan mənbələrin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır.
Bərpaolunan enerji istehsalında su elektrik stansiyalarının da rolu xüsusi əhəmiyyət kəsb edir. Ötən müddətdə azad ərazilərdə “Yuxarı Vəng”, “Zar”, “Zabux”, “Qarıqışlaq”, “Şayıflı”, “Zəngilan”, “Sarıqışlaq” və digər su elektrik stansiyaları istismara verilib. Ümumilikdə, bu bölgədə enerji təsərrüfatlarının bərpasına başlanmasından sonra 32 su elektrik stansiyası istifadəyə verilib. Nəticədə bu bölgənin “yaşıl enerji” istehsalında payı rekord həddə çatıb.
Prezident İlham Əliyevin mayın 27-də açılışını etdiyi “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyaları da bərpaolunan enerji gücündə yer almaqla ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiyasını təmin edəcək. Yeni istifadəyə verilən su elektrik stansiyaları istehsal olunan “yaşıl enerji” balansının artmasında da mühüm rol oynayacaq.
Beləliklə, azad edilmiş ərazilərdə istifadəyə verilən mühüm obyektlər, istehsal, emal müəssisələri, aqrar-sənaye kompleksləri həm bu bölgənin, həm də ölkəmizin iqtisadi inkişafına töhfə verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

