Türk dövlətlərinin iş dünyasının ən böyük görüş yeri
13.06.2025 [09:36]
Son illərdə Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr arasında inteqrasiya müxtəlif platformalar üzərindən əhəmiyyətli dərəcədə dərinləşib, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Bu günlərdə Türkdilli ölkələrin təmsilçiləri Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisində bir araya gəliblər.
11 iştirakçı, 20-dən çox ziyarətçi ölkə
II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “ROK Expo” şirkətinin təşkilatçılığı ilə baş tutub. Xatırladaq ki, ilk Türk Ticarət Sərgisi Türkiyə Ticarət Nazirliyinin himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyinin əməkdaşlığı, “Rok EXPO” şirkətinin təşkilatçılığı ilə ötən il noyabrın 7-9-da İstanbul Sərgi Mərkəzində təşkil olunmuşdu.
Türk Ticarət Sərgisi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.
Sərgidə 20-dən çox sahə üzrə məhsullar və yeni texnologiyalar sərgilənib, ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə müzakirə olunub, ikitərəfli (B2B) və “franchise” görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdirilib. Tədbirdə Türk dövlətlərinin ortaq brendlərinin yaradılması da gündəmdə olub. Sərgidə 11 ölkə iştirakçı, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edib.
Böyük coğrafiyada güclü iqtisadi potensial
Qarşılıqlı əlaqələrin möhkəmlənməsində tarixi amillərlə yanaşı, güclü iqtisadi potensial da mühüm rol oynayır. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. Hazırda Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Forumda TDT-da birləşən ölkələrin iqtisadi potensialına diqqət çəkilib. Bildirlib ki, hazırda Türk dövlətləri dünya ticarətinin 3,5 faizini təmin edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, planetin ərazisinin təxminən 1 faizini, əhalisinin isə 2,8 faizini təşkil edən Türk dünyasının ümumi daxili məhsulunun illik dəyəri 2,1 trilyon ABŞ dollarını keçib: “Əgər Türk dünyasını vahid dövlət kimi qəbul etsək, bu coğrafiya dünyanın ən böyük 10 iqtisadiyyatından biri sayılardı. Türk dünyasının sənaye potensialı 540 milyard ABŞ dolları, kənd təsərrüfatı potensialı isə 140 milyard ABŞ dollarıdır. Bank sektoru və ümumilikdə maliyyə sektoru da sürətlə inkişaf edir. 2024-cü ildə Türk dünyasında bank aktivlərinin ümumi məbləği 1,4 trilyon dollara yaxınlaşıb. Bu da kifayət qədər ciddi göstəricidir və kapital bazarlarının da inkişafı gələcək üçün böyük imkanlar yaradır”, - deyə İİTKM-nin rəsmisi vurğulayıb .
Bundan başqa, V. Qasımlı deyib ki, Türk dünyasında inteqrasiya və inkişaf prosesi sürətlə davam edir: “Avropa İttifaqının təqdim etdiyi “Global Gateway”, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Trans-Xəzər Orta Dəhliz layihələri Türk dünyasının coğrafiyası üzərində qurulub. 2024-cü ildə Türk dövlətlərinə investisiya qoyuluşu 440 milyard ABŞ dollarına yaxın olub, bunun 290 milyard dollardan çoxu Türkiyənin payına düşüb”.
Forumda. “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev vurğulayıb ki, Türk dövlətləri arasında bank əməkdaşlığı daha da güclənməkdədir. “Trans-Xəzər qaz boru kəməri üzrə xərclərin optimallaşdırılması bu layihənin maya dəyərini potensial olaraq 40 faiz azalda bilər. Bu isə banklarımız üçün layihə maliyyələşdirilməsində uzunmüddətli alətlərə olan tələbi artırır”, - deyə Z.Nuriyev əlavə edib.
KOB subyektlərinə dəstək
Forum “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında medianın gücü” mövzularında panel müzakirələr təşkil olunub. Sərgi hissəsində isə 35-ə yaxın sahəni əhatə edən, o cümlədən ticarət, enerji, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və digər sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqsədilə tədbirdə xüsusi stendlə təmsil olunub. Agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilib.
Bundan başqa, stenddə sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənib. Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

