Sabit tarifin tətbiqi nəyi dəyişəcək?
09.08.2025 [10:58]
Məlum olduğu kimi, iyulun 28-də “Elektroenergetikahaqqında” qanuna dəyişikliklər təsdiqlənib. Dəyişikliyə əsasən, elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabitxarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilənhissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiqolunan aylıq tarif elementi - sabit tarif mexanizmi əlavə edilib. Sabit tarifin tətbiqində məqsəd elektroenergetika sistemininsabit və dəyişməyən xərclərinin bütün məişət istehlakçılarıarasında ədalətli şəkildə bölüşdürülməsidir.
Məqsəd xidmət keyfiyyətinin artırılmasıdır
Sabit tarif xərc əsaslı metodologiyanın tarifelementlərindən biridir. Bu, dünya təcrübəsində geniş tətbiqolunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsasməqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünüartırmaq deyil. Mövcud tarifin daxilində strukturlaşdırmaaparılması və istehlakından asılı olmayaraq hər bir abonentinsabit tarifi ödəməsi nəzərdə tutulur. Ümumiyyətlə sabit tarifxərc əsaslı tarif elementlərindən biridir. Sabit tarifin tətbiqindəəsas məqsəd xidmət keyfiyyətinin artırılmasıdır, lakin tariflərinartırılması hesabına deyil, mövcud istehlak tarifinin çəkilənxərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması vətəchizat sahələri üzrə stabil pul axınlarının formalaşdırılmasıhesabına əldə olunmasıdır.
Sabit tarifin tətbiqi nəticəsində təchizat xərclərinin dahatəkmil iqtisadi yanaşmalar əsasında tariflərə ötürülməsinin təminedilməsi, daha ədalətli tarif strukturunun formalaşdırılması, təchizat şəbəkələri üzrə dayanıqlığının təmin olunmasıbaxımından təchizat subyektlərinə tarif daxilolmaları üzrə pulaxınlarında stabilliyinin təmin edilməsi, təchizat xidmətləri üzrəgəlir və xərclərin daha effektiv proqnozlaşdırılması və dövrisubsidiya tələblərinin tədricən aradan qaldırılması nəzərdətutulur.
Tarifin dəyəri hamı üçün eyni olacaq
abit tarifin dəyəri hamı üçün eynidir- aylıq 1 manat təşkiledir. Yəni, sabit tarifin tətbiqi ilə normativ səviyyədə elektrikenerjisi və qaz istehlak edən vətəndaş üçün əlavə ödəmə nəzərdətutulmur. Sadə dildə desək, sabit tarif hazırda mövcud tarifinindaxilində istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan, sabittarifin tətbiqinə mövcud tarifin tərkibində strukturlaşdırılmakimi baxılması daha doğru hesab edilməlidir.
Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulanistehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsaitödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlıdeyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir vəpaylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanmasıüçün istifadə olunur. Metodoloji qaydaya görə, sabit tarif əsaslıtarif şərtlərindən biri kimi çıxış edir, ancaq bu, istehlaktariflərinin artması demək deyil. Burada başlıca yanaşma, vahidistehlakın təchizat xərclərinin strukturu və xarakterinə uyğunolaraq diferensasiyaya keçiddir. Yəni, enerjiyə çıxışda hansıabonentin daha çox təchiat xərci yaratmasını müəyyən etməklədifferensial bölgünü müəyyənləşdirməkdir.
Avropa ölkələrində qüvvədədir
Vətəndaşları düşündürən əsas məqamlardan biri çoxlumənzili olan vətəndaşların yaşamadıqları evlərində elektrikenerjisi və qaz üçün ödəniş edib-etməyəcəkləri ilə bağlıdır. Qeyd olunmalıdır ki, sabit tarif elementinin tətbiqində əsasməqsədlərdən biri sabit xərclərin ədalətli ödənişinə nailolmaqdır. Məsələn, iki abonentin işıq və qazdan xidmət çıxışlarıeynidir, ancaq birinin bir, digərinin iki mənzili var, istehlaksəviyyəsi isə eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindənbaxdıqda bir və iki mənzili olan abonent eyni ödənişləri edir. Üçmənzilin infrastuktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasınısabit tarif elementinin tətbiqində görülür.
Ona görə də, istifadə olunmayan kommunal xidmətlərəgörə mənzillər sahibləri sabit tarif ödəniş etməklə ümumiistehlakçıların xərc yükünü azaltmış olacaqlar.
Sabit tarif və ya sabit enerji müqavilələri Avropa və dünyaölkələrində də neçə illərdir ki, mövcuddur. Sabit enerjimüqavilələri qaz və elektrik tariflərinin vahid tarif xərclərinəəsasən müəyyən edilir və istehlakçının istifadə etdiyixidmətlərin istehlak dəyərinin artması və ya aşağı düşməsindəözünü göstərməklə yekun xərcin diferensiallığınımüəyyənləşdirir. Belə ki, Avropanın mərkəzində aylıq enerjiistehlak edən abonent kənardakı hansısa malikanə, bağ evi, anbar və s. üzrə istehlak etmədiyi xidmətlərin sabit xərclərini dəödəmiş olur. Yəni, sabit tarif enerji daşıyıcılarının qiymətlərininqalxmasına deyil, istehlakın dəyərinə görə, artıb-azalır.
Sabit tarifin vahid formada tətbiq ediləcəyi, yoxsaqiymətləri dəyişən paketlər şəklində olacağı ilə bağlı (yəni, 10, 15, 25, 50 AZN-lik paketlər və s.) qeyd edək ki, beynəlxalqtəcrübədə olduğu kimi, sabit tarifin tarif dövrünə aid sabitxərclərin həcmindən asılı olaraq aylıq sabit ödəniş formasındatətbiqi nəzərdə tutulur.
Tarifin tətbiqinin nə vaxt başlanmasına gəlincə, bu, TarifŞurasının qərarından sonra qüvvəyə minəcək. Hazırda isəbununla bağlı hər hansı müzakirə aparılmır.
Turan
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

