“Bitcoin”in qiyməti rekord həddə çatıb
15.08.2025 [11:35]
Rəqəmsal pulu almaq üçün 124 min dollar xərcləmək lazımdır
Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri yenidən artaraq rekordu təzələyib. Ötən gün virtual pul bazarında “Bitcoin”in dəyəri Asiya ticarət sessiyasının erkən saatlarında 0,9 faiz artaraq 124 min dollara yüksəlib və ötən ay qeydə alınan ən yüksək həddi keçib. Bazar dəyərinə görə ikinci yerdə olan digər kriptovalyuta “Ether” isə 4780,04 dollara çataraq 2021-ci ilin sonlarından bəri ən yüksək göstərici nümayiş etdirib. Eləcə də, lobal investisiya platforması olan “Binance” seqmentində “Bitcoin”lə yanaşı, başqa rəqəmsal valyutaların göstəricilərinin də son bir həftədə ardıcıl artması tendensiyası müşayiət olunub. Bazar dəyərinə görə, inanılmaz virtual pul aləti olan “Bitcoin”in kəskin bahalaşması bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəltməkdədir. Hazırda dövriyyədə olan bu virtual pulların ümumi dəyəri 2,2 trilyon dollara yaxındır.
Bahalaşmanı sürətləndirən hansı amillərdir?
Eksperlər “Bitcoin”in qiymət artımını bir neçə amillə izah edirlər. “IG” palatformasının bazar analitiki Toni Saykamorun sözlərinə görə, “Bitcoin”in bahalaşması ABŞ Mərkəzi Bankının (FED) yaxın günlərdə gözlənilən faiz endiriminə gedəcəyinə dair güclənən inam, korporativ alışların davam etməsi və Tramp administrasiyasının kriptovalyutalara investisiyanı asanlaşdıran addımları ilə sıx bağlıdır.
“Bitcoin”in dəyəri dolların dəyərindəki dəyişiklikdən də asılı olur. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşır. Bu baxımdan ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürütdüyü siyasət d bu kripovalyutanın dəyərinə təsir edir. Eyni zamanda, qiymət artımının siyasi amillərlə bağlılığı da istisna edilmir. Prezident Donald Trampın kriptovalyuta tərəfdarı kimi tanınan bir şəxs olması, Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təyin etdiyi yeni sədrin virtual bazar mübadilələrinə üstünlük verməsi və s. faktorlar da ehtimalları gücləndirir.
Qeyd edək ki, Trampın qalib gəlməsindən sonrakı aylarda rəqəmsal valyuta bazarında müsbət siqnallar özünü davamlı göstərməkdədir. ABŞ-la yanaşı, qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələxsus da birjalarda virtual volatilliklər baş verir. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri 5-12 faiz artımlar nümayiş etdirib. Eləcə də maliyyə bazarında kriptovalyutaların qiymət sıçrayışları daha həyəcanverici olub, rəqəmsal valyutaların indeksləri 4-8 faiz artmaqla maliyyə seqmentlərində son ayların ən yüksək artımını qeydə alınıb.
Virtual pul 250 min dollara yüksələ bilər
Baş verən proseslər kriptovalyutaların ənənəvi maliyyə sistemində artan rolunu və qəbulunu göstərir. “Bitcoin”in “rəqəmsal qızıl” kimi tanınması, onun dəyər saxlama vasitəsi kimi potensialını artırır və investorların diqqətini cəlb edir. Analitiklər “Bitcoin”in illik artım faizinin artıq 135 faizə çatdığını və bu artımın davam edəcəyini proqnozlaşdırırlar. Beynəlxalq blokçeyn texnologiyaları üzrə mütəxəssislər virtual pulun ilin sonuna qədər daha da bahalaşacağını fərz edir, illik artım faizinin 130-150 faizə çatacağını proqnozlaşdırırlar.
Toni Saykamor hesab edir ki, bu cür meyillər davam etsə, “Texniki baxımdan 125 min dollar səviyyəsinin üzərində sabit mövqe, “Bitcoin”in dəyəri 150 min dollara qədər yüksəldə bilər. “Fundstrat” tədqiqat şirkətinin rəhbəri Tom Leen isə ehtimal edir ki, 2025-ci ilin sonuna qədər “Bitcoin”in qiyməti 250 min dollara qədər yüksələcək. Onun fikrincə, müxtəlif aylarda və situasiyalarda bu pulun bazarında dəyəri müvəqqəti olaraq azala bilər, bu cür azalmalar rəqəmsal aktivlərdə əhəmiyyətli hadisələrdən əvvəl baş verən adi proseslərdən biridir. Tez-tez qiymət dəyişikliyinə baxmayaraq, virtual valyutanın maksimuma çatacağı gözləniləndir. Ehtimalara görə, bu kriptovalyuta ilin sonuna qədər 125-130 min dollar arasında satıla bilər. Uzunmüddətli perspektivdə isə 2045-ci ilə qədər 13 milyon dollara yüksələ bilər.
Azərbaycan kriptovalyutalara keçid üçün “Binance” platformasına inteqrasiyanı nəzərdə tutur
Azərbaycanda kriptovalyutalara monetar baxış konservativdir, blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir. Bir neçə aydır ki, sınaq testinin keçirilməsi kriptovalyutaya hazırlıq kimi dəyərləndirilə bilər.
Millət vəkili Vüqar Bayramov da Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcəyini istisna etmir. Onun fikrincə, Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərini başa çatdırıb və bu müddətdə 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. Belə ki, 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib. Həmin dəstəkləyici layihələr sırasında kriptovalyuta əməliyyatları ilə bağlı müsbət siqnallar var. Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.
Beləliklə, Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər.
ELBRUS
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

