Etibarlı tərəfdaş, sadiq səhmdar...
13.09.2025 [10:54]
Qara Dəniz Ticarət və İnkişaf Bankı ölkəmizdə yeni layihələri maliyyələşdirmək niyyətini bəyan edib
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın Azərbaycana səfəri çərçivəsində iqtisadi-maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi görüşlər faydalı müzakirələrlə yadda qalıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov görüşdə QDTİB rəhbəri ölkəmizlə təşkilat arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib. Bildirilib ki, Azərbaycanın özəl bankları ilə əməkdaşlıq biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verir. Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyət sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə səbəb olmaqdadır.
QDTİB heyəti Azərbaycanda potensial layihələrdə iştirakını artırmaq niyyətini ifadə edib. Maliyyə naziri Sahil Babayevlə görüşdə S. Köksal mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, bankın maliyyə-investisiya siyasətinə sadiq qaldığını xatırladıb. Orta Müddətli Strategiya əsasında maliyyələşmənin davam etdiriləcəyi və Biznes planının ikinci mərhələsinə başlanılacağı qeyd edilib. Qara Dəniz Bankının nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, nəqliyyat və logistika infrastrukturunun inkişafına sərmayə yatıracağı bəyan olunub.
500 milyon avrodan çox maliyyə donorluğu
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin 25 illik tarixi ərzində mühüm layihələrin icrası həyata keçirilib. 1999-cu ildə Azərbaycanın iştirakı ilə təsis edilmiş bu beynəlxalq maliyyə institutu ölkəmizin iqtisadiyyatına investisiyaların qoyulmasında, xüsusilə özəl sektorun maliyyələşməsində fəal rol oynayıb. Bankın Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək (47,5 faiz), enerji (35 faiz), daşınmaz əmlak (8,4 faiz), istehlak malları (4,8 faiz) və sənaye (4,4 faiz) ) təşkil edir.
QDTİB-in ölkəmizdə müxtəlif sektorları əhatə edən layihələrə uzun illərdir ki, maliyə dəstəyi verir, investisiya fəallığı nümayiş etdirir. Beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatı olan bank iqtisadi inkişafı və regional əməkdaşlığa töhfə verir. Üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
Fəaliyyətə başladığı vaxtdan QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq ümumi dəyəri 500 milyon avrodan çox olan 40 layihəni maliyyələşdirib. Bank “Şahdəniz” kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda, kiçik və orta biznesə davamlı dəstəyini artırıb. Ümumilikdə, Qara Dəniz Bankının Azərbaycana yönəltdiyi investiyaların həcmi ümumi kredit portfelinin təxminən 10 faizlik resursu həcmindədir.
Azərbaycan bu bankın üzvü olmaqla yanaşı, həm də səhmdarlarından biridir. QDTİB-in səhm kapitalında ölkəmiz 5 faiz paya malikdir ki, bu, 7-ci ən böyük səhmdarlıq statusu deməkdir. QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasında Azərbaycan da mühüm rol oynayıb, ümumi dəyəri 41 milyon avro təşkil edən 36,6 min səhmin 12,3 milyon avro məbləğində olan hissəsi ölkəmiz tərəfindən əldə edilib.
Əməkdaşlığın yeni gündəliyi - “yaşıl enerji” və “yaşıl maliyyə”...
Qara Dəniz Bankı ilə Azərbaycan arasında əməkdaşlığın müasir gündəliyində KOB-ların inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi və digər prioritetlər daxildir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə biznesə dəstək və müasir sənaye-emal zəncirinin qurulmasından bankın donorluğu istisna olunmur. SOCAR-la “yaşıl enerji” üzrə layihələrin həyata keçirilməsi də danışıqlar mövzusundadır. Bir neçə ay əvvəl Bakıda olan bankın vitse-prezidenti Draqoş-Paul Ungureanu işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsində iştirakın mümkünlüyünü vurğulayıb.
QDTİB ölkəmizlə yeni əməkdaşlıq mərhələsində “yaşıl maliyyələşmə” və investisiyaların artırılmasını da istiqamətlərdən biri hesab edir. Bu məqsədlə Azərbaycanın maliyyə institutları, o cümlədən banklarla “yaşıl layihələr” üzrə müqavilə imzalanması nəzərdə tutulur. Bankın rəhbərliyi COP29 çərçivəsində qlobal alyansın razılaşdırdığı iqlim maliyyəsi strategiyasına da müsbət yanaşaraq iqlim donorluğunda imkanlarını səfərbər ediləcəyini də bildirib. Bu çərçivəyə əsasən, Azərbaycanın “yaşıl maliyyə” üzrə investisiya prioritetlərinə QDTİB-in maliyyə dəstəyi verəcəyi ehtimal olunur.
Qeyd edək ki, İstanbul toplantısında Qara Dəniz Bankının Rəhbərlər Şurası tərəfindən ortamüddətli strategiya sənədi, 2025-2026-cı illər üzrə biznes planı, cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub. Strateji plana əsasən, bankın kredit portfelinin artırılmasına aparıcı səhmdarlardan biri kimi Azərbaycanın da rolunun artacağı, eləcə də kredit portfelində əlavə maliyyə resursları alacağı ehtimal edilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

