Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu yaradılır
08.10.2025 [22:58]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Said bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Oman Sultanlığı arasında münasibətlərin yüksək səviyyədə olduğu, 30 ildən artıq diplomatik əlaqələrə, güclü İslam həmrəyliyinə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb.
İqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsinin ikitərəfli əməkdaşlıqda önəmi qeyd olunub. Azərbaycan-Oman Birgə Biznes Şurası və İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupunun yaradılmasının iqtisadi əməkdaşlığın inkişafında rolu diqqətə çatdırılıb.
Ticarət və investisiya əlaqələrinin inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycanda yaradılmış investisiya imkanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarında sahibkarlığın inkişafı üçün tətbiq olunan güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaşıl enerji zonaları elan edilib, bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, irimiqyaslı layihələrin icrası, nəqliyyat-logistika imkanlarının genişlənməsi regionun inkişafında mühüm rol oynayır. Vurğulanıb ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizi regional ticarət və logistika mərkəzinə çevirib və bu, Azərbaycan-Oman iqtisadi əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır. Görüşdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Qurumunun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi ilə görüşüb. İki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və tərəfdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndiriblər.
Görüş çərçivəsində Oman İnvestisiya Qurumu və Azərbaycan İnvestisiya Holdinqi arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.
Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək. Fondun ilkin kapitalı 200 milyon dollar məbləğində müəyyən edilib. Bu məbləğin 100 milyon dolları Azərbaycan İnvestisiya Holdinqi, 100 milyon dolları isə Oman İnvestisiya Qurumu tərəfindən təmin ediləcək.
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı imzalanma mərasimində qeyd olunub ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında son illərdə əməkdaşlıq daha da genişlənir. Xəzər və Mərkəzi Asiya regionuna açılan qapı olan Azərbaycan və Körfəz və Afrika regionları ilə güclü əlaqələrə malik Oman tərəfdaşlığı yeni iqtisadi sinerji formalaşdırır.
Fondun fəaliyyətinin iki ölkənin suveren investisiya institutlarının təcrübəsinin və imkanlarının əlaqələndirilməsi yolu ilə uğurlu layihələrin reallaşdırılmasına təkan verəcəyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

