Təbii resurslardan texnoloji inkişafa...
06.11.2025 [11:17]
Qeyri-neft sektoru inkişafın əsas sütununa çevrilir
Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı ölkəmizdə yürüdülən mükəmməl iqtisadi siyasətin milli inkişafın təmin edilməsində və qazanılan uğurların təmin olunmasında mühüm rol oynadığını bildirdi. Dövlət başçısı iqtisadi göstəricilərimizin çox müsbət olduğunu vurğulayaraq elm ictimaiyyəti və iqtisadiyatda 85 faiz paya malik olan özəl sektor təmsilçilərinə bir sıra mesajlarını da çatdırdı.
Nədir bu mesajlar?
Azərbaycanda iqtisadi inkişafın uzun illər əsas sütunu neft sektoru və ya eneji amili olub, son illərdə ümumi daxili məhsulun (ÜDM) tərkibində neft və qazın çəkisi aşağı düşür, bunun başlıca səbəbi isə hasilatın obyektiv səbəblərə görə aşağı düşməsi, qlobal bazarlarda enerji qiymətlərindəki dəyişkənliklərdir. Ancaq buna baxmayaraq iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinə çevrilən qeyri-neft sektoru milli inkişafın dayanıqlılığını təmin etməkdədir. Belə ki, 2025-ci ilin 9 ayında Azərbaycanda 1,3 faiz artan ÜDM-in tərkibində qeyri neft-qaz sektorunda 2,9 faiz dinamika qeydə alınıb. Bu dövrdə neft-qaz sektorunda isə əlavə dəyər 1,9 faiz azalıb. Bu o deməkdir, ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 dəfə üstələyir. Bu, qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrildiyini təsdiqləyir.
Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən, qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.
İntellektual potensial tükənməz sərvətdir
Dövlət başçısı bu məsələyə xüsusi yanaşmaqla, iqtisadi inkişafın müasir bazasının və gələcək tərəqqinin birbaşa qeyri-neft amilinə söykənəcəyini, təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensial, texnoloji-elmi inkişafla irəliyə getməyin mümkünlüynü diqqətə çatdırır. Vurğuladığı kimi təbii resurslar bizim üçün sadəcə olaraq, bir vasitədir, bir imkandır. “Biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Təbii sərvətlər tükənəndir, tükənməz sərvət isə intellektual potensialdır”.
Bu mesajlar iqtisadi sektorla bağlı real vəziyyəti düzgün qiymətləndirmə və optimist yanaşma olmaqla bərabər, biznes cəmiyyətini, elm sektorunu daha fəal olmağa dəvət edən ünvanlı tövsiyədir. Bu o deməkdir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatları dərinləşdirən dövlət yaratdığı bu imkanlardan sahibkarların, iqtisadi strukturların, onlarla birgə işləməli olan elmi tədqiqat institutlarının daha çox faydalanmasını istəyir. Hökumət hesab edir ki, bu sağlam iqtisadiyyatdan, yaradılmış əlverişli imkanlardan daha çox istifadə etmək, prioritetləşən sahələrə xüsusi diqqət artırmaq və neftdənkənar sahələrin əsas bölmələri olan yeni sənaye və rəqəmsal quruculuğa töhfə vermək lazımdır. Özəl sektor və elm ictimaiyyəti Azərbaycan hökumətinin qəbul etdiyi dövlət proqramlarının və inkişaf konsepsiyalarının prioritetlərinə uyğun olaraq öz fəaliyyətlərini həmin sahələrə fokuslamalı, daha işgüzar olmalı, qlobal rəqabətdən geri qalmamalıdır.
Ortamüddətli dövr üzrə gözləntilər müsbətdir
İmkanlar kifayət qədər böyükdür, bu gün qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əksəriyyətini təşkil edir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır. Bu sahənin şaxələndirilməsi sayəsində güclü sənaye, nəqliyyat, tikinti, turizm, aqrar-sənaye, xidmət bölmələri yaradılıb. Rəqabətin təmin edilməsi qeyri-neft sahələrinə xarici investorların da marağını artırıb və sərmayə qoyuluşları yüksəlir. Dünyanın aparıcı reytinq agentlikləri mövcud mənzərəni dəyərləndirərək ölkəmizin kredit reytinqimizi yüksəldib.
Qeyri-neft yığımları Azərbaycanın maliyyə dayanıqlılığı üçün də əsas bünövrəyə çevrilib və iqtisadiyyatımızın sağlamlığını gücləndirib. Fiskal daxilolmaların artımı fonunda xarici borcumuz azalaraq ÜDM-in 6 faizini təşkil edir. Hazırda borcun milli gəlirdə faiz nisbətinə görə, Azərbaycan dünyada ən yaxşı və əlverişli ölkələr qrupunda yer alır. Strateji valyuta ehtiyatlarımız 80 milyard dolları ötməklə xarici borcumuzu 16 dəfə üstələyir.
Qlobal maliyyə institutlarının qeyri-neft sahəsi ilə bağlı ortamüddətli dövr üzrə gözləntiləri də müsbətdir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankının və digər qurumların proqnozlarına görə, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında artımı formalaşdıran mənbə kimi mühüm rol oynayan qeyri-neft sahəsi iqtisadi artımın və fiskal daxilolmaların əsas drayverləri olacaq. Ortamüddətli perspektivdə neftdənkənar sahələrin illik artım tempi 3-3,5 faiz təşkil etməklə ümumi inkişafı təmin olunmasına töhfə verəcək.
Qarabağ və Şərqi Zəngəzur inkişafın ünvanına çevrilir
Bu gün əsas investisiya layihələrinin istiqaməti olan Qarabağ və Şərqi Zəngəzur həm də qeyri-neft sektorunun əsas ünvanlarından biridir. Ələlxüsus da bərpaolunan enerji növlərinin perspektivlərinə görə, əlverişli bölgədir. Bu regionda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilib ki, onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyulub. Həmin stansiyaların yaxınlığında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə, 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatdılacaq ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsini təmin edəcək.
Həmçinin Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Zəngin qeyri-neft resursları olan qızıl, gümüş, mis yataqları, polimetal yölkəmizə böyük dividentlər gətirəcək.
Bir sözlə, qeyri-neft sektoru üçün mənbələr kifayət qədər genişdir və Azərbaycanın gələcək inkişafının əsas sütunu kimi bu sahənin dayanıqlılığı daha da möhkəmlənəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

