“Startap” şəhadətnaməsi alan biznes subyektlərinin sayı artır
15.01.2026 [11:13]
Daha 9 mikro və kiçik sahibkar şəhadətnamə ilə təmin edilib
Azərbaycanda rəqəmsal iqtisadiyyatın müasir atributlarından biri olan startap ekosistemi biznes ideyalarının mükəmməl aləti kimi öz imkanlarını artırmaqdadır. Uğurlu biznes layihəsi kimi startaplar kiçik və orta biznesin (KOB) marağında ön plana çıxır və sahibkar tərəfindən əldə edilən “Startap” şəhadətnamələrinin sayı artır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ekspertlər Şurası tərəfindən 2026-cı ilin ilk günlərində daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnamələri “Mountai Group” MMC-nin neft və qaz sənayesində süni intellekt əsaslı analitika və rəqəmsal həll, “JFB Tech” MMC-nin humanoid robotlar üçün proqram təminatının hazırlanması və istehsalı, “Castingaz” MMC-nin onlayn kastinq, “Smile Tour” MMC-nin səyahət və turizm xidmətləri üçün marketpleys, “Markpro Group” MMC-nin Aİ dəstəkli rəqəmsal marketinq, “Buta Xidmət” MMC-nin onlayn sosial sahibkarlıq, “Agile” modelinə əsaslanan onlayn idarəetmə və süni intellekt, rəqəmsal loyallıq platformalarına verilib.
Beləliklə, ölkəmizdə “Startap” şəhadətnaməsi alan biznes subyektlərinin sayı 250-yə çatıb. Həmin sahibkarların əhəmiyyətli bir qismi regionlarda fəaliyyət göstərən KOB təmsilçiləridir. “Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir. Ümumilikdə isə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
Güzəşt və motivasiyalar yerli və xarici investorların marağını artırır
Biznes nümayəndələrinə “Startap” şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edilib. Vergi Məcəlləsinin 102.1.31.-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Həmçinin startaplar üzrə texnoloji avadanlıqlar və maddi-texniki güzəştlər və təşviqlər də bu sahədə motivasiyaedici mühit yaradıb.
Startapların nüfuz etdiyi yüksək texnologiyalar parklarında da xüsusi aktivlik nəzərə çarpmaqdadır. Texnopark rezidentlərinin sayının 96-ya yüksəlməsinə səbəb olub. Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, gəlir əmlak vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.
Nəticədə bu güzəşt və motivasiyalar yüksək texnologiyalar və innovasiyalar sektorunda çalışan gənc biznes icmasının sistem inteqrasiyası, proqram təminatı, süni intelket məhsulları üzrə inkişafında əlverişli münbit mühit yaradır. Eyni zamanda, “Startap” şəhadətnaməsi layihəyə yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.
Yeni startap nəsli formalaşır
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yeni rəqəmsal texnologiyaların tətbiqində verdiyi dəstək, o cümlədən startap platformasına motivasiyaları da yeni biznes nəslinin formalaşmasında mühüm rol oynayır. Startap ailəsi yaxın xarici tərəfdaşları ilə süni intellekt və maşınların öyrənilməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə sıx əməkdaşlıq edərək iqtisadiyyatın rəqəmsallaşmasına da töhfə verirlər.
Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Bu motivasiyalar sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında stratap, süni intellekt və biznes ideyları dünya ölkələrinin stratapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub. Azərbaycanlı stratapçılar artıq okenaın o tayında da rəqabət üçün imaknlarını sınamağa çalışır. Yaxın vaxtlarda ABŞ-da keçiriləcək Ümumdünya Startap Yarışmasına iştirak hüququ qazanmaq bu imkanları nümayiş etdirmək baxımından yaxşı fürsət hesab edilə bilər.
“StartupGenome” və “StartupBlink” reytinqlərində əlverişli mövqe
Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “StartupGenome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk iyirmi beş ölkə arasında yer alır. “Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir.
Eləcə də ölkəmiz ötən il “StartupBlink” reytinqində Mərkəz Asiya regionunda ən yüksək göstəriciyə nail olub. “StartupBlinkStartup Ecosystem Awards” reytinqinin nəticələrinə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Respublikamız reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub. “Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib. “StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu and startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib.
Bütün bu uğurlu layihə və əməkdaşlıq proqramları startapların müasir biznes modeli kimi ön plana çıxması ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasında da mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

