Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Binalarda Enerji Effektivliyi Altsisteminin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur

Binalarda Enerji Effektivliyi Altsisteminin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur

19.06.2026 [13:41]

“Şəhərsalma və Memarlıq İli”, eləcə də “Söndür və Qazan!” kampaniyası çərçivəsində Energetika Nazirliyində tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən subyektlər üçün “Binalarda enerji səmərəliliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda enerji səmərəliliyi sahəsində qanunvericilik bazası, pasportlaşdırmanın məqsədi və tətbiq mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, enerji effektivliyi pasportu binanın enerji göstəricilərinin qiymətləndirilməsinə, enerji sinfinin müəyyən edilməsinə və enerji sərfinin azaldılmasına xidmət edir.

Qeyd olunub ki, yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi üzrə pasportlaşdırma məcburidir. Bu çərçivədə binanın enerji sinfi, karbon emissiyası, bərpaolunan enerji mənbələrindən istifadə səviyyəsi, eləcə də istilik, soyutma, havalandırma, isti su təchizatı və işıqlandırma sistemlərinin enerji göstəriciləri qiymətləndirilir.

Tədbirdə, həmçinin enerji sərfinin hesablanması metodologiyasının hazırlanması, enerji səmərəliliyi baxımından tikinti norma və qaydalarının əhəmiyyəti və beynəlxalq təcrübələr barədə məlumat verilib. Binalarda Enerji Effektivliyi Altsistemi (BEEİS) üzrə görülən işlərdən bəhs olunaraq bildirilib ki, sistem vasitəsilə enerji göstəricilərinin hesablanması, enerji sinfinin müəyyən edilməsi və enerji effektivliyi pasportunun elektron formada hazırlanması mümkün olacaq. Sistemin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Sahil Şükürlü şəhərsalma və tikinti sahəsində tətbiq olunan normativ sənədlər, layihələndirmə tələbləri və enerji səmərəliliyi ilə bağlı normativ yanaşmalar barədə təqdimat edib.

Müzakirələrlə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, enerji effektivliyi üzrə pasportlaşdırma, layihələndirmədə enerji səmərəliliyi tələblərinin tətbiqi və BEEİS-in funksionallığı ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də tikinti, layihələndirmə və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30