Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Naxçıvan Muxtar Respublikasının ixrac göstəricisi 23 faiz artıb

Naxçıvan Muxtar Respublikasının ixrac göstəricisi 23 faiz artıb

19.06.2026 [20:45]

Cari ilin yanvar-may aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 58,8 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,2 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xarici ticarət dövriyyəsinin 5,9 milyon dollar ixracın, 52,9 milyon dollar isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 23,3 faiz, idxal isə 19,9 faiz artıb.

İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, alçıpan, elektrik enerjisi, mineral sular, travertin, aromatlaşdırılmış qazlı içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, buğda kəpəyi, soğan, məsaməli beton, meyvə şirələri, salfetka və çay yer alıb. Həmin məhsullar Gürcüstan, Qırğızıstan, Yəmən, İran, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac olunub.

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30