Yeni standartların tətbiqi ölkəmizdə ekoloji tarazlığın qorunmasına xidmət edir
31.01.2014 [10:20]
“Avro-4” standartı Azərbaycanda yanacağın keyfiyyətinin artırılması məsələlərini də aktuallaşdırıb və bununla bağlı müvafiq qurumlarla iş aparılır
Məlum olduğu kimi, yanvarın 14-də Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə buraxılan zərərli maddələrə dair tələblərin “Avro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib. Qərara əsasən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə, ölkə ərazisində dövriyyəyə buraxılan, istər idxal, istərsə də, Azərbaycanda istehsal edilən avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən “Avro-4” ekoloji normaları tətbiq ediləcək.
Bu, o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan, Avropada istehsal olunan avtomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək. “Avro-4” standartına görə, Azərbaycana gətiriləcək avtomobillər ABŞ üçün 2004, Cənubi Kareya üçün 2006, Yaponiya və Çin üçün 2011, Türkiyə üçün isə 2008-ci il istehsalı olmalıdır. Məqsəd ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Belə ki, yeni standarta keçidlə əlaqədar olaraq, Azərbaycana idxal edilən istismar müddəti başa çatmış və ya müvafiq standartlara cavab verməyən avtomobillərin sayının artması atmosfer, ətraf-mühitin çirklənməsi və insanların orqanizmində ciddi fəsadların yaranmasına səbəb olur. Məsələn, 2011-ci ildə ölkəmizə idxal olunan ümumilikdə 64 min avtomobildən 27 mini, 2013-cü ildə isə, təqribən 100 mindən 50 mini işlənmiş avtomobillər olub və standartlara cavab verməyib. Başqa sözlə, bu addım müasir dövrdə dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biri - ekoloji problemlərin həlli istiqamətində atılan adekvat tədbirlərdəndir.
Ekspertlər də “Avro-4” standartına keçidi olduqca yüksək dəyərləndirirlər. Belə ki, mütəxəssislərin fikrincə, yeni standartların tətbiqi ölkəmizdə ekoloji tarazlığın qorunub saxlanmasına yol açacaq. Həmçinin, ekspertlər yeni standartlara keçidin Azərbaycanın inkişaf etmiş ölkələr arasında irəliləməsinə kömək edəcəyi qənaətindədirlər.
Mütəxəssislərin rəyinə görə, hazırda ölkəmizdəki avtomobillərin 20 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi “Avro-1” standartına, 30 faizi isə “Avro-2” və “Avro-3” standartlarına uyğundur. “Avro-4” və “Avro-5” standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizini təşkil edir. Avtomobillərdən atmosferə buraxılan zərərli maddələrlə bağlı “Avro-1”, “Avro-2”, “Avro-3” standartları arasında kəskin fərq olmadığı halda, “Avro-3” və “Avro-4” arasında ciddi fərq mövcuddur. Belə ki, təkcə avtomobildən atmosferə buraxılan karbon-oksidin kütləsinə olan tələblər “Avro-2” standartı ilə müqayisədə 2 dəfə sərtləşdirilib. Əgər “Avro-2” standartında bu 1 km məsafəyə 2,2 qram nəzərdə tutulurdusa, “Avro-4” standartında bu, 1 qrama qədər məhdudlaşdırılıb və bütün bu tələblər digər zərərli maddələrə də şamil olunur.
Yanvarın 24-də keçirilən mətbuat konfransındakı açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, 9 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə qarşı ciddi mübarizənin aparılması və vətəndaşların ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq işlər sürətləndirilib. Komitə sədri havanı çirkləndirən əsas amilin məhz avtonəqliyyat vasitələri olduğunu qeyd edərək, ekologiyanın qorunması, o cümlədən, ölkənin avtoparkının müasir avtomobillərlə əvəzlənməsi məqsədilə “Avro-4” standartına keçidin zəruri olduğunu bildirib.
Komitə sədri atmosferə atılan zərərli maddələrlə bağlı tələblər sərtləşdikcə ölkəmizdə yanacağın keyfiyyətinin artırılması məsələlərinin də aktuallaşdığını və bununla bağlı müvafiq qurumlarla işlərin aparıldığını, müvafiq standart layihələrinin hazırlanmaqda olduğunu əlavə edib: “Artıq neft sektorunun müxtəlif sahələrini əhatə edəcək Texniki Komitələrin yaradılması məqsədilə, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Neft Şirkəti ilə danışıqlar aparılır. Bundan başqa, Azərbaycanda yeni tikiləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə milli standartların hazırlanmasına da artıq başlanılıb və bu sahədə 535 adda standartın hazırlanması 2014-cü ilin Standartlaşdırma üzrə İş Planına daxil edilib”.
Həmçinin, komitə sədri nəqliyyat vasitələrində təhlükəsizlik sistemlərinə qoyulan tələblərin də təkmilləşdirilməli olduğunu qeyd edib: “Sürətlə inkişaf edən ölkəmizdə magistral yollar yenilənir, müasir avtobanlar salınır və təbii olaraq yollarda sürət həddi artırılır. Bütün bunlar da öz növbəsində avtonəqliyyat vasitələrinin təhlükəsizlik sistemlərinə qoyulan tələbləri bir daha nəzərdən keçirməyi və yaxın gələcəkdə bununla bağlı standartların hazırlanmasını zəruri edir”.
Yeni standartın tətbiqinin ölkə ərzisində satılan avtomobillərin qiymətinə təsirinə gəlincə, ekspert Ramil Osmanlı hesab edir ki, bazarda təklif tələbi bir neçə dəfə üstələyir. KİV-ə açıqlamasında o, bildirib ki, alıcılar üçün bazarda ciddi qıtlığın yaranma ehtimalı yoxdur: “Biz “Avro-2” standartına keçid zamanı da bu cür oxşar hadisə ilə qarşılaşmışıq. Düşünmürəm ki, bazarda ciddi qiymət dəyişikliyi olsun. Artıq Azərbaycanda avtomobil parkının yenilənməsi prosesi gedir. Bu tendensiya müsbətə doğru davam edir. Bu səbəbdən ciddi qiymət artımının baş verməsi gözlənilən deyil”.
SEVİNC
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40

