/ / XVII Avrasiya İqtisadi Zirvəsində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər diqqət mərkəzində olub
XVII Avrasiya İqtisadi Zirvəsində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər diqqət mərkəzində olub
07.02.2014 [09:12]
İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən, 42 ölkənin nümayəndələrinin iştirak etdikləri XVII Avrasiya İqtisadi Zirvəsinin ikinci günündə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar diqqət mərkəzində olub.
“İKT inkişaf üçün” adlı bölmə iclasında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, Azərbaycan hökuməti müasir texnologiyaların tətbiq olunmasına xüsusi diqqət yetirir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yaxın 10 ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payının iki dəfə artırılması hədəfində İKT-yə böyük ümidlər bəslənilir. Bu gün ölkəmizdə hər 100 nəfərdən 70-i internet istifadəçisidir ki, bu da MDB və Mərkəzi Asiya regionlarında ən yaxşı göstəricidir. Ölkə əhalisinin 98 faizi rəqəmli televiziya ilə əhatə olunub. Hər 100 istifadəçiyə 110 mobil telefon düşür. Azərbaycanda vergi, gömrük və digər xidmətlərin əksəriyyəti onlayn rejimdə həyata keçirilir. Yeni yaradılmış İKT-nin İnkişafı üzrə Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı sahibkarlar üçün yaxşı şərait yaradacaq.
Əli Abbasov bildirib ki, Azərbaycan hökuməti internet iqtisadiyyatının formalaşdırılmasına da böyük diqqət yetirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu 2014-2016-cı illərdə bütün bölgələrdə genişzolaqlı internetin tətbiqini nəzərdə tutan xüsusi proqram hazırlayıb. Bu layihənin həyata keçirilməsi nəticəsində ölkə əhalisinin 85 faizi yüksək sürətli internet xidmətlərindən yararlanacaq. Bundan başqa, Azərbaycan irihəcmli iki fiber-optik magistralın çəkilməsinə də başlayıb. Bu təşəbbüslər Avropa və Asiyanı birləşdirəcək ən qısa marşrutlar üzərində qurulub. Layihələrdən biri - regional əməkdaşlığın bariz nümunəsi olan “Avropa-Yaxın Şərq informasiya magistralı” (EPEG) artıq keçən ildən fəaliyyətə başlayıb. “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin reallaşmasında da böyük irəliləyişlər var.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi nəticəsində bu sektorda mühüm nailiyyətlər əldə edilib. Ötən il sentyabrın 4-də BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə Avrasiya Rabitə Alyansının yaradılması haqqında qərar qəbul olunub. 2013-cü il fevralın 8-də “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması və kommersiya fəaliyyətinə başlaması da ölkəmizin böyük uğurudur. İkinci peykin orbitə çıxarılması 2017-ci ildə planlaşdırılır.
Toplantıda çıxış edən Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya İdarəsinin sədri Tayfun Acarer, Qazaxıstanın rabitə və nəqliyyat naziri Askar Jumaqaliyev, İsrail parlamentinin deputatı Davud Tsur və digərləri Avrasiya məkanında İKT sahəsində əməkdaşlığın perspektivlərindən, həyata keçirilən layihələrdən bəhs ediblər.
Zirvə çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən toplantıda Bosniya və Herseqovinanın Prezidenti Zivko Budimir, Fransa Senatının üzvü Joel Qarriod-Maylam, Bolqarıstan, Estoniya, Rumıniya və Sloveniyanın keçmiş prezidentləri Jelyu Jelev, Arnold Rüütel, Emil Konstantinesku və Danilo Türk Avrasiya məkanında cərəyan edən siyasi-iqtisadi proseslərdən, sülhün və sabitliyin təmin olunması üçün dialoq prosesinin zəruriliyindən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

