Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı-Gəncə-Bakı aviareysləri hər gün həyata keçiriləcək

Bakı-Gəncə-Bakı aviareysləri hər gün həyata keçiriləcək

20.11.2015 [09:56]

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Gəncə-Bakı aviareysi üzrə uçuşları hər gün həyata keçirəcək.
Bu barədə AZƏRTAC-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
Bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC bu reysi qeyri-rentabelli olması və sərnişinlərin az istifadə etməsi səbəbindən dayandırmağı nəzərdə tuturdu.
Mətbuat xidmətinin rəhbəri bildirib: “AZAL sosial aspektləri və sərnişinlərin çoxsaylı xahişlərini nəzərə alaraq bu aviareysi saxlamaq qərarına gəlib. Uçuşlar əvvəllər olduğu kimi “Embraer-170” tipli təyyarə ilə həyata keçiriləcək”.

Paylaş:
Baxılıb: 1285 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30