Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçirilib
29.06.2016 [10:07]
İyunun 28-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın Macarıstan tərəfdən həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto Bakıya hər səfərində inkişafın şahidi olduğunu vurğulayaraq, 2016 Formula-1 Avropa Qran-pri yarışlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfini təbrik edib. Piter Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edən Piter Siyarto Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərin, aparılacaq müzakirələrin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.
Görüşdə Macarıstana qeyri-neft məhsullarının ixracı, investisiya əməkdaşlığı, macarıstanlı investorların Azərbaycan sənaye parklarına cəlb edilməsi, energetika, tranzit daşımaları, İKT, əczaçılıq, birgə müəssisələrin yaradılması və sair məsələlər müzakirə edilib. Macarıstan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisi layihəsinə marağını ifadə edib və layihə üzrə avadanlıq təchizatı, mühəndis xidmətlərinin və Macarıstanın EXİMBANK-ı tərəfindən maliyyə dəstəyinin göstərilməsi imkanlarının araşdırılmasına dair razılıq əldə olunub. Tərəflər həmçinin, əczaçılıq sahəsində əməkdaşlıq barədə qarşılıqlı razılıqlarını ifadə ediblər.
Görüşdən sonra Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib. İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Şahin Mustafayev bildirib ki, 2014-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu günə qədər iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi, elm, təhsil, əmək və sosial müdafiə, İKT və digər sahələri əhatə edən 40-a qədər sənəd imzalanıb, ətraf mühitin mühafizəsi, elm və texnologiya, tibb sənayesi, beynəlxalq yükdaşımalar və sair sahələri əhatə edən bir sıra sənədlər isə müzakirə mərhələsindədir.
İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrimiz genişlənir. Bu ilin yanvar-may ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 62 faiz artıb. Azərbaycan şirkətləri tərəfindən Macarıstana kənd təsərrüfatı emalı məhsulları, transformatorlar və digər mallar ixrac olunur. Macarıstandan Azərbaycana cins mal-qara gətirilir.
Azərbaycanda nəqliyyat, ticarət və xidmət sahələrində Macarıstan kapitallı 6 şirkət fəaliyyət göstərir. Yol və su təsərrüfatı sahəsində Macarıstanla əməkdaşlıq həyata keçirilir.
İqtisadi əməkdaşlıqda iş adamları arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayan Birgə Komissiyanın həmsədri Şahin Mustafayev qeyd edib ki, ümumilikdə 2005-2016-cı illərdə Bakı və Budapeşt şəhərlərində 10-dan çox biznes forum, işgüzar görüş və digər xarakterli tədbirlər keçirilib, 2012-ci ildə Bakıda Macarıstan Ticarət Evi açılıb, Azərbaycanın Şuşa və Macarıstanın Döndöş, Ağdam və Tisavaşvari və Bakı və Budapeşt şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında sənədlər imzalanıb.
Humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi önəm kəsb edir. Budapeştdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yataqxana ötən ilin sentyabrında görmə qabiliyyəti məhdud olan uşaqların istifadəsinə verilib.
Şahin Mustafayev təhsil sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığından danışaraq, 2015-2017-ci illərdə 51 gəncin Macarıstanda təhsil almaq hüququ əldə etdiyini qeyd edib. Daha 200 gənc 2016/2017 tədris illəri ərzində Macarıstan hökumətinin təqaüdü hesabına bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq barədə müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı-Budapeşt marşrutu üzrə birbaşa aviauçuşlar bərpa edilib, 2016-2019-cu illərdə Macarıstanın “WİZZ Air” aviaşirkəti tərəfindən Bakı-Budapeşt marşrutu üzrə aviauçuşlar həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan-Macarıstan investisiya əməkdaşlığı genişlənir.
İclasda vurğulanıb ki, bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Kənd təsərrüfatı və ərzaq, eləcə də neft-qaz məhsullarının ixracı, energetika, qeyri-neft sektorunun inkişafı, əczaçılıq, İKT, Azərbaycanda yaradılan sənaye parkları və aqroparklara investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, tranzit yükdaşımaları sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar var.
Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri P.Siyarto Azərbaycanın davamlı iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının Macarıstanda məmnunluqla qarşılandığını qeyd edib. Bildirilib ki, Macarıstan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və ölkəmizlə əməkdaşlığın genişlənməsində maraqlıdır. Piter Siyarto humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə həyata keçirilmiş xeyriyyə layihəsinə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.
Macarıstanın xarici işlər və ticarət naziri iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi üçün perspektiv istiqamətləri diqqətə çatdırıb, Macarıstan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bütün sahələrdə qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar yaratdığını vurğulayıb, Macarıstanın EXİMBANK-nın Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 200 milyon avro həcmində vəsait ayırdığını qeyd edib.
İclasda ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto imzalayıblar.
Sənədə əsasən, iki ölkə arasında ticarət-iqtisadi, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, təhsil, turizm, ətraf mühitin mühafizəsi, su təsərrüfatı, İKT, nəqliyyatın idarə edilməsi, mədəniyyət, təhsil, səhiyyə, gənclər və idman, elm, sosial müdafiə və sair sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istehsal edilmiş məhsul və xidmətlərinin Azərbaycanın müvafıq dövlət orqanları tərəfındən verilmiş mənşə sertifikatlarının müşayiəti olmadan Macarıstan bazarına daxil olmasına yol verilməməsinin təmin olunması barədə razılığa gəliblər. Macarıstan tərəfi, həmçinin, öz hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hər hansı sərmayə və xidmətlərlə bağlı fəaliyyətdən çəkinmələri üçün məlumat verəcək.
Komissiyanın iclası çərçivəsində həmçinin, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və Macarıstanın “Sənaye, Elm, İnnovasiya və Texnoloji Parklar” Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45

