“Il Giornale” qəzeti: “TAP-ın arxasındakı qaranlıq oyunlar”
03.12.2016 [12:06]
Son günlərdə İtaliyada Azərbaycana və TAP layihəsinə qarşı aparılan təxribat kampaniyasının arxasında dayanan səbəblərlə bağlı İtaliyanın nüfuzlu “Il Giornale” qəzetində “TAP-ın arxasındakı qaranlıq oyunlar” adlı məqalə dərc edilib. Məqalənin müəllifi “Nodo di Gordio” “beyin mərkəzi”nin baş tədqiqatçısı professor Andrea Marçiglianodur. AZƏRTAC məqalənin xülasəsini təqdim edir.
* * *
Azərbaycan yataqlarından çıxarılan təbii qazı İtaliyaya nəql edəcək Trans-Adriatik (TAP) qaz kəməri layihəsi ətrafında qəribə “küləklər” əsir. Qəribə və təhdidedici küləklər. TAP İtaliyanı, daha dəqiqliklə desək, təyinat nöqtəsi olan Puliyanı bütün Avropaya qaz paylamaq imkanlarına malik olacağı səbəbindən mühüm strateji qovşağa çevirəcək. Böyük əhəmiyyətə malik olan bu qaz kəməri hətta Avropa İttifaqı tərəfindən “Birgə maraq layihəsi” statusuna layiq görülərək Avropa İttifaqının enerji siyasətinin strateji məqsədlərinə xidmət edəcək 12 prioritet “dəhliz”dən biri olan “Cənub” qaz dəhlizinin mühüm hissəsini təşkil edir. Bundan başqa, TAP-ın tikinti xərclərinin böyük hissəsi “Şahdəniz-2” yatağını idarə edən Azərbaycan konsorsiumu tərəfindən təmin ediləcək. Ətraf mühitə təsirlərin qiymətləndirilməsi göstərir ki, layihə yüksək ekoloji göstəricilərə malikdir.
TAP qaz kəməri vasitəsilə yaxın zamanda il ərzində 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetr qazın nəqli üçün bütün məsələlər qaydasında olmalıdır. Bu infrastrukturun strateji əhəmiyyətini dərk etmək çətin deyil. Belə ki, bu layihənin reallaşması həm Puliya iqtisadiyyatına, həm də ümumilikdə bütün İtaliya sənayesinə böyük fayda gətirəcək. Unutmaq lazım deyil ki, məhz TAP sayəsində İtaliya Azərbaycan qazını Avropaya daşımaqla strateji qovşağa çevriləcək və nəhayət ki, adi bir idxalçı ölkə kimi aşağı status vəziyyətindən çıxacaq.
Bütün bu üstünlüklərə baxmayaraq, “kimsə” layihənin həyata keçirilməsini əngəlləməyə cəhd göstərir. Əvvəllər “Puliyanın gözəl sahili dağıdılacaq”, “Zeytun ağacları kəsiləcək” kimi ekoloji bəhanələr ekoloji təsirin elmi cəhətdən dəyərləndirilməsinin üzə çıxması ilə puça çıxdı. Daha sonra Puliya regionunun rəhbəri Mikele Emilliano kəmərin Leççedən deyil, Brindisidən keçməyini təklif edərək TAP-n marşrutundan şikayət etməyə başladı. Həyata keçirilməsi çətin olan bu təklif layihə üzrə işlərin bir neçə il təxirə salınmasına gətirib çıxaracaq və layihənin beynəlxalq səhmdarlarını boru kəmərinin marşrutunu dəyişdirməyə və onu bizim sahillərimizə doğru çəkməməyə məcbur edəcək.
Eyni zamanda, TAP-ın həyata keçirilməsi üçün vacib şərt olan İtaliya ilə Azərbaycan arasında mövcud əla münasibətlərə zərbə vurmağa yönələn böyük media hücumu başlayıb. Bu media hücumu əsasən guya Bakının ifadə azadlığı və insan haqlarını sistematik şəkildə pozması tezisi üzərində qurulub. Lakin unudulur ki, İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillonun dediyi kimi, Azərbaycan bütün dini və mədəni azadlıqların hüquqları təmin edilən dünyəvi bir dövlətdir və bu ölkə Qərb tipli siyasi-institusional modelin qurulması istiqamətində önəmli dövlət quruculuğu prosesi yaşayır. Digər tərəfdən, Roma-Bakı münasibətlərinə zərbə vurmağa çalışanların liberal demokratiya nümunəsi olmayan, tolerantlıq və multikulturalizmdən uzaq dövlətlərlə İtaliyanın mövcud iqtisadi münasibətlərinə dair susqunluq nümayiş etdirməsi təəccüb doğurur.
Bu qaranlıq məsələdən başqa sual ediləsi digər məsələ Roma və Bakı arasındakı münasibətlərin korlanmasından kimlərin bəhrələnə biləcəyi və xüsusilə də kimlərin TAP-ın reallaşmamasında maraqlı olmasıdır. Çoxlu fərziyyələr mövcuddur və böyük ehtimalla bu, İtaliya Demokratik Partiyasının daxilində gedən dar maraqların qəliz torunun mövcudluğu ilə bağlıdır. Daha qəliz olanlar isə itibaxışlı siyasi və iqtisadi maraqlara malik beynəlxalq “güclər”dir. O güclər ki, qaz bazarında İtaliyanın mövcud böyük oyunun fəal iştirakçısı olmasını istəmirlər və ölkəni ağır şərtlərə tabe olmağa məcbur edirlər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

