“Al Jazeera” telekanalı Bakı Limanı haqda videomaterial hazırlayıb
06.12.2016 [09:52]
“Al Jazeera” telekanalı Bakı Limanına həsr olunmuş videomaterial hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Əl Cəzirə” (Al Jazeera Arabic) telekanalının hazırladığı videomaterialda bildirilir ki, Azərbaycanda həyata keçirilən böyük investisiya layihələri bu ölkədə neft-qaz sektoruna alternativ layihələrdir.
Kanalın hazırladığı videomaterialda Ələt qəsəbəsində yaradılan yeni Bakı Limanı və onun ətrafında yerləşəcək Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zona barədə məlumat verən limanın baş direktorunun müşaviri Zaur Həsənov bildirib ki, Azərbaycanın Xəzər dənizi sahilində, dəmir yollarının və su yollarının kəsişdiyi yerdə yerləşməsi, onu Asiya və Avropanı birləşdirən bir mərkəzə çevirir.
Bakı Limanının hazırkı fəaliyyəti və gələcək perspektivləri, onun inkişaf konsepsiyası, infrastrukturu, o cümlədən liman ətrafında yaradılan Azad Ticarət Zonası (ATZ) barəsində danışan Zaur Həsənov layihənin strateji-iqtisadi əhəmiyyətə malik olduğunu söyləyib. O deyib: “Bakı Limanı Qazaxıstandan Avropaya, Rusiyadan İrana olmaqla iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Gələcəkdə limanda yükaşırmaları il ərzində 25 milyon ton təşkil edəcək və bir milyona yaxın konteyner daşınması mümkün olacaq. Limanın birinci fazasının tikintisi 2017-ci ilə qədər tamamlanacaq və yükaşırma qabiliyyəti 11,5 milyon tona çatdırılacaq. Yüklərin böyük hissəsi Çin, Mərkəzi Asiya və Avropa arasında daşınacaq. Bakı Limanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika qovşağı (hub) olacaq. Azərbaycan Avropa və Asiyanı birləşdirəcək, geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcək və bununla tarixi İpək yolunun yenidən canlanmasına öz töhfəsini verəcək”, - deyə Z.Həsənov vurğulayıb.
Z.Həsənov sentyabrın 7-də tanınmış “DP World” şirkəti ilə məsləhətçi qismində müqavilənin imzalandığını da qeyd edib.
Videomaterialda “Ağ şəhər” layihəsi barədə də danışılır. Bildirilir ki, Bakıda həyata keçirilən bu layihə müasir yaşayış evləri, otellər, istirahət mərkəzləri, alış-veriş və biznes mərkəzlərindən ibarət olacaq. Bu layihə körfəz ölkələrindən və başqa ölkələrdən turistlərin Azərbaycana cəlb olunmasına xidmət edəcək. “Ağ şəhər” layihəsinin investisiya meneceri Freyzer Elmis deyib ki, bu layihə yerli investisiyalar hesabına maliyyələşir. O, layihənin əhəmiyyətini qeyd edərək ona Rusiyadan, körfəz ölkələrindən böyük marağın olduğunu vurğulayıb.
Bakı Gəmiqayırma Zavodunun baş maliyyə direktoru Turqay Baytalov telekanala müsahibəsində zavodun Xəzər dənizində ən müasir tələblərə cavab verən müəssisə kimi müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərdiyini deyib. Zavodun bugünkü fəaliyyəti ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının aradan qaldırılması və Xəzər donanmasının müasirləşdirilməsi istiqamətində aparılmış mühüm işlərin nəticəsidir.
T.Baytalov deyib ki, istehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisə ildə 25 min ton gövdə metalkonstruksiyası istehsal etmək imkanına malikdir. Bu da ildə 15 min ton yükgötürmə qabiliyyətinə malik 4 tanker və ya 70 min ton yükgötürən 2 tanker və 4 dəniz təchizat gəmisi (və ya hər hansı digər təyinatlı gəmilər) istehsal etmək imkanları yaradır. Yeni gəmilərin tikintisindən əlavə, zavodda il ərzində həcmindən asılı olaraq, həmçinin 80-100 müxtəlif təyinatlı gəminin təmiri də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

