/ / Bakıda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bakıda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib
17.12.2016 [12:27]
Bakıda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Baş nazirinin birinci müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubov iclasda çıxış edib. O deyib ki, Azərbaycan ilə Rusiya arasında çox yaxın münasibətlər var. Azərbaycan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətləri lazımınca qiymətləndirir. Y.Eyyubov regionda həm qarşılıqlı iqtisadi münasibətlər, həm də təhlükəsizliyin təmin edilməsi məsələlərində Rusiyanın rolunu yüksək qiymətləndirib.
Baş nazirin birinci müavini ölkələrimiz arasında iqtisadi sahədə qarşılıqlı əlaqələri səciyyələndirən göstəricilərdən söhbət açaraq bildirib ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üçün böyük potensial imkanlar var. Nümunə kimi maşınqayırma, gəmiqayırma, təyyarəqayırma, energetika, təbabət və humanitar sahələri göstərən baş nazirin birinci müavini qarşılıqlı investisiyaları xatırladaraq vurğulayıb: “Bizim çoxlu müştərək layihələrimiz var, gələcəkdə onların sayını daha da artırmaq lazımdır”.
Y.Eyyubovun sözlərinə görə, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub.
Yaqub Eyyubov Hökumətlərarası Komissiyanın rusiyalı həmsədri, RF Hökuməti sədrinin müavini Dmitri Roqozinin fəaliyyətini yüksək qiymətləndirərək xatırladıb ki, Rusiya baş nazirinin müavini Azərbaycanda istehsal edilmiş meyvə və tərəvəzlə dolu yük maşınlarının Azərbaycan-Rusiya sərhədində ləngidilməsi problemini çox operativ şəkildə və qısa müddətdə həll edib.
Dmitri Roqozin də Rusiyanın Azərbaycan ilə strateji tərəfdaşlığını yüksək qiymətləndirərək xatırladıb ki, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri kimi qalır - 10,5 faiz ticarət dövriyyəsi ilə Türkiyə və İtaliyadan sonra üçüncü yeri tutur.
Azərbaycandan Rusiyaya göndərilən meyvə və tərəvəzin bundan sonra da fasiləsiz çatdırılacağına ümid etdiyini bildirən baş nazirin müavini deyib ki, Rusiya Azərbaycan məhsullarının keyfiyyətini həmişə layiqincə qiymətləndirir. Dmitri Roqozin azərbaycanlı həmkarını gələn il iyunun 1-3-də Rusiyanın şimal paytaxtında keçiriləcək 21-ci Peterburq İqtisadi Forumuna, habelə bu ilin payızından gələn ilin fevralına keçirilmiş Soçi İqtisadi Forumuna dəvət edib. Yaqub Eyyubov bu dəvəti məmnuniyyətlə qəbul edib.
Sonra Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasının protokolu imzalanıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

