Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda özəl sektora 360 milyon avro kredit ayırıb
14.06.2017 [10:07]
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda özəl sektora 34 layihə üzrə 360 milyon avro məbləğində kredit ayırıb ki, bu da bankın ümumi kredit portfelində 8,3 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri, QDTİB-in Azərbaycan üzrə rəhbəri Samir Şərifov iyunun 13-də Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında deyib.
Nazir qeyd edib ki, 1999-cu ildə Azərbaycanın da iştirakı ilə təsis edilmiş beynəlxalq maliyyə institutu olan Qara Dəniz Ticarət və İnkişaf Bankının üzv ölkələrdə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləməkdir. Bu məqsədlə bank üzv ölkələrdə müxtəlif layihələri və ticarəti maliyyələşdirmək üçün kreditlər ayırır, dövlət və özəl müəssisələrin kapitalında iştirak edir və zəmanətlər təqdim edir. QDTİB-in əsas tərəfdaşları özəl sektorun nümayəndələridir.
“QDTİB fəaliyyətə başladığı gündən indiyədək 11 üzv ölkəyə təqribən 4,3 milyard avro məbləğində kredit ayırıb. Bu dövr ərzində bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 360 milyon avro məbləğində kredit ayırıb ki, bu da bankın ümumi kredit portfelində 8,3 faiz təşkil edir. Ölkəmiz QDTİB-in səhm kapitalında 5 faiz paya malikdir və 11 üzv ölkə arasında 7-ci ən böyük səhmdar hesab olunur”, - deyə nazir diqqətə çatdırıb.
Bildirilib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi sarsıntılar və çağırışlar Qara Dəniz regionuna təsir edib, eləcə də Azərbaycandan da yan keçməyib. 2014-cü ilin ikinci yarısından etibarən dünya enerji və əmtəə bazarlarındakı şokların mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şərait formalaşdırıb. Yaranmış makroiqtisadi vəziyyətə cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı iqtisadi artımın bərpası üçün 2016-cı ildən başlayaraq makroiqtisadi sabitliyin bərqərar olması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Milli iqtisadiyyat perspektivi və 11 iqtisadi sektora dair strateji yol xəritəsi hazırlanaraq təsdiq edilib. Bu strateji sənədlər toplusunun qəbul olunması ilə ölkənin uzunmüddətli inkişaf məqsədləri müəyyən olunub, ortamüddətli hədəflər qoyulub, məhz bu hədəflərə çatmaq üçün müxtəlif sahələrdə iqtisadi siyasət islahatlarından ibarət Tədbirlər Planı təsdiqlənib. Belə islahatlar arasında pul və fiskal siyasətin daha sıx əlaqələndirilməsi, maliyyə-valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft ixracının artması əsas məqsədlərdəndir.
Yeni islahatlar kursu Dünya İqtisadi Forumunun reytinqinə görə uğurlu nəticələr verir. Dünya İqtisadi Forumunun bu yaxınlarda açıqladığı məlumata görə, 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında Azərbaycan inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib.
Nazir deyib: “Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsinə böyük əhəmiyyət verir. Ümidvaram ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Qara Dəniz Ticarət və İnkişaf Bankı da öz töhfələrini verəcək. Bu baxımdan bugünkü tədbiri Azərbaycanda fəaliyyət göstərən iş adamları ilə bank arasında qarşılıqlı əlaqələrin dərinləşməsi üçün gözəl bir fürsət kimi qiymətləndirirəm”.
Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlı qeyd edib ki, Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankındakı sərmayə payı 5 faiz, kreditlərdəki payı isə 7,2 faiz təşkil edir. Bu göstərici bizim üçün kifayət deyil, bu payın daha da artırılmasını istəyirik. Bu məqsədlə özümüzü Azərbaycanın biznes mühitinə daha çox tanıtmaq istəyirik. Hədəfimiz Azərbaycanda daha çox investisiya ayıran bank olmaqdır. Azərbaycan yeganə ölkədir ki, biz buradakı bankların birində paya sahibik. Bu, bizim Azərbaycanın maliyyə sisteminə olan etibarımızın göstəricisidir. Məqsədimiz bütün üzv ölkələrin inkişafına töhfə verəcək hər cür layihələrə maliyyə dəstəyi verməkdir.
“QDTİB Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində maraqlıdır. İlk növbədə, burada Azərbaycan hökuməti bizə yardım etməlidir. Maliyyələşmənin dəyəri hələlik bəlli deyil. Bu, bizdən istəniləcək rəqəmdən asılıdır. Bizim məqsədimiz region ölkələri arasında ortaq layihələrin, ticarətin inkişafına dəstək verməkdir”, - deyə QDTİB prezidenti qeyd edib.
Sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu deyən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov vurğulayıb ki, xüsusilə ölkədə iş adamları üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bunun üçün beynəlxalq təşkilatlar, maliyyə qurumları ilə əməkdaşlıq vacib və aktual məsələdir. Bu gün görülən işlərin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı dünyada baş verən iqtisadi şoklara, kataklizmlərə dayanıqlıq nümayiş etdirir. QDTİB da digər banklar kimi Azərbaycan iqtisadiyyatına investisiyaların qoyulmasına, xüsusilə özəl sektorun maliyyəl əşməsinə maraq göstərir.
Sonra QDTİB-in nümayəndələri təqdimatlarla çıxış ediblər.
Tədbir QDTİB-in əməkdaşları ilə iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

