/ / Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika layihəsinin hazırlanması qərara alınıb
Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika layihəsinin hazırlanması qərara alınıb
21.06.2017 [09:32]
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Bəhreyn Krallığında işgüzar səfərdə olub.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, idarə heyətinin sədri Əbülfət Qocayev, idarə heyətinin sədr müavini Elşən Əsədov və qida sektorunda fəaliyyət göstərən şirkət nümayəndələrinin daxil olduğu nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycan məhsullarının Körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmizin aqrar sektoruna xarici investisiyaların cəlb edilməsidir.
“Mumtalakat Holding”in prezidenti Mahmud Alkhocayi ilə keçirilən görüşdə holdinqlə Səhmdar Cəmiyyət arasında tərəfdaşlıq münasibətlərinin yaradılması, kənd təsərrüfatı istehsalının bir sıra sahələrinə investisiyanın qoyulması, Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün nəqliyyat logistika layihəsinin hazırlanması qərara alınıb.
“Arcapita” İnvestisiya Fondunda keçirilən görüşdə fondun baş icraçı direktoru Atif Əbdülmalik bildirib ki, fond 70 müəssisəyə təxminən 30 milyard dollar həcmində investisiya yönəldib, bu istiqamətdə Azərbaycan şirkətləri ilə birgə əməkdaşlıq qurula bilər. Azərbaycanın iqtisadi potensialı haqda Səhmdar Cəmiyyət nümayəndələri geniş təqdimatla çıxış ediblər. Atif Əbdülmalik Azərbaycanda tikintisi nəzərdə tutulan logistika mərkəzi layihəsində iştirak etməkdə maraqlı olduqlarını bildirib və bu barədə ətraflı müzakirə aparılıb.
“Bəhreyn İqtisadi İnkişaf Şurası”nın icraçı direktoru Simon Qalpin ilə görüşdə bildirilib ki, şura maliyyə xidmətləri, istehsal, turizm, logistika və nəqliyyat sahələrində irihəcmli investisiyalara malikdir. Şura Azərbaycan Respublikasından ərzaq məhsullarının ixracı, habelə logistika imkanlarının genişləndirilməsi ilə əlaqədar olaraq bu sahələrə dövlət dəstəyinin göstərilməsində maraqlıdır.
Proqram çərçivəsində Səhmdar Cəmiyyətin nümayəndə heyəti Bəhreyn Kral ailəsinin üzvü, “Riyada Şirkətlər Qrupu”nun prezidenti xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə ilə də görüşüb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH-nin sədri Əbülfət Qocayev Azərbaycanın kənd təsərrüfatı potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar haqda geniş məlumat verib.
Xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə bildirib ki, Azərbaycan məhsullarının keyfiyyəti ilə bağlı zəngin məlumatlara malikdir və Bəhreyndə Azərbaycan məhsullarının satış şəbəkəsinin yaradılmasına dəstək verməyə hazırdır.
İşgüzar görüşlərin sonuncu günü “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin dəstəyi ilə Bəhreyn şirkətləri üçün Azərbaycan məhsullarının təqdimat sərgisi keçirilib. “Riyada Group”un mərkəzi binasında keçirilmiş sərgidə “Meyvəli”, “Balxurma”,” Gilan”, “Azərsun”, “Ballı”, “Veysəloğlu”, “Milla”, “AzQranata”, “GlobalFoodService”, “AhmedTodor”, “AstaraÇay”, “Qoç Ət” və “Tovuz-Baltiya” şirkətlərinin məhsulları geniş təqdim olunub, dequstasiya keçirilib. Məhsullarımız bəhreynli iş adamları tərəfindən həm görünüşünə, həm də dadına görə yüksək qiymətləndirilib.
Sərgidə Azərbaycan məhsullarının Bəhreyn Krallığına ixracı ilə bağlı çoxsaylı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. “Riyada Group”un vitse-prezidenti Sergey Tsektov müzakirədə Bəhreyndə Azərbaycan məhsullarının satış bazarının açılmasını təklif edib və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib. Əməkdaşlığa dair memorandumunun imzalanması qərara alınıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndə heyəti və azərbaycanlı sahibkarlar səfər çərçivəsində Bəhreyn Krallığının paytaxtı Manama şəhərinin market şəbəkələrinə baş çəkərək ərzaq məhsullarının daxili bazar qiymətlərini araşdırıblar. “Carrefur” və digər satış şəbəkəsində araşdırmalar aparıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan məhsullarının ixracı məqsədi ilə xarici bazarların araşdırılmasını davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

