Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ NATO sammitində Hörmüz boğazında təhlükəsizlik məsələsinin müzakirəsini gözləyir

ABŞ NATO sammitində Hörmüz boğazında təhlükəsizlik məsələsinin müzakirəsini gözləyir

06.07.2026 [14:22]

ABŞ administrasiyası Ankarada keçiriləcək NATO sammiti çərçivəsində müttəfiq ölkələrin Hörmüz boğazında təhlükəsizlik məsələsini müzakirə edəcəyini gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, bir sıra NATO müttəfiqləri boğazda təhlükəsizliyin təmin olunmasına dəstək verməyə hazır olduqlarını bildiriblər. Bununla belə, qeyd olunub ki, bütün ölkələrin bu missiyanın icrası üçün zəruri gəmi və texniki imkanları yoxdur.

Amerikalı rəsmi bildirib ki, Vaşinqton sammitdən sonra müttəfiq ölkələrin müdafiə xərclərini artıracağını və döyüş hazırlığını daha da gücləndirəcəyini gözləyir.

Bununla yanaşı, “Financial Times” qəzeti iyulun 3-də xəbər verib ki, son bir həftə ərzində Hörmüz boğazından keçən gəmilərin sayı dörd dəfə artıb. Nəşrin qiymətləndirməsinə görə, bu dinamika gəmi sahiblərinin boğazda hərəkətin təhlükəsizliyinə inamının artdığını göstərir.

Qeyd edək ki, NATO-nun növbəti zirvə görüşünün iyulun 7–8-də Ankarada keçirilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31