/ / Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçirilib
Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçirilib
20.07.2017 [09:20]
İyulun 19-da Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Tədbir iştirakçıları, həmçinin Türk şəhidliyini ziyarət ediblər.
Daha sonra Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüşün açılış mərasimi keçirilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Gürcüstan Baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə arasında tarixi dostluq, qardaşlıq və qarşılıqlı faydaya əsaslanan və bütün sahələrdə mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edib, tarixi İpək Yolunun bölgədən keçməsinin dünya ticarətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini vurğulayıb.
Komitə sədri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASECA Proqramı, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərindən sonra, yeni bir layihə - Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin tamamlanması və istismara verilməsinin region ölkələrinin yaxın gələcəkdə iqtisadi potensialının daha da artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Beynəlxalq tranzit daşımalarının həyata keçirilməsi, qlobal ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan gömrük orqanlarının işinin günün tələbləri və qloballaşan dünyanın müasir çağırışlarına uyğun şəkildə qurulması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan mütərəqqi islahatlara toxunan Aydın Əliyev, eyni zamanda, Azərbaycan gömrüyündə həyata keçirilən müasir gömrük nəzarəti metodlarının və informasiya texnologiyalarının tətbiqi barədə məlumat verib.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Avropa ilə Asiya arasındakı yük daşımalarının maksimum dərəcədə səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradacağını qeyd edən DGK sədri Aydın Əliyev bu layihəni regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək növbəti addım kimi dəyərləndirib.
Gürcüstan Baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının bugünkü vəziyyətindən, gələcək perspektivlərindən bəhs edib, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin uğurla reallaşdırılması istiqamətində ölkəsinin atdığı addımlar, Türkiyə və Azərbaycanla ikitərəfli qaydada həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dmitri Kumsişvili Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox mühüm və prinsipial qərarlar qəbul etdiyini bildirib və bu dəstəyə görə Azərbaycan dövlət başçısına minnətdarlığını ifadə edib.
Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi Azərbaycan, Gürcüstan və Türkiyə arasında bütün sahələrdə qurulan səmərəli əməkdaşlığın region ölkələrinə nümunə olduğunu və bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyini, gömrük orqanlarının da bu istiqamətdə ümumi işə öz töhfəsini verəcəyinə əminliyini söyləyib.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də Trans-Anadolu qaz boru kəməri (TANAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin bu əməkdaşlığın nailiyyətləri olduğunu vurğulayan Bülənt Tüfəngçi üçtərəfli əməkdaşlığın beynəlxalq ticarətə və iqtisadi tərəqqiyə faydalarından da bəhs edib.
Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşmasından sonra Çindən Avropaya uzanan ticarət dəhlizi ilə həyata keçirilən yük daşımalarının bu dəmir yolu vasitəsilə nəql olunacağını, bunun da hər üç ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, regionun inkişafına da böyük təkan verəcəyini diqqətə çatdırıb.
Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub, “Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat” qəbul edilib.
Bununla yanaşı, görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş” imzalanıb.
Sazişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülənt Tüfəngçi imzalayıblar.
Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Gürcüstan və Türkiyə gömrük xidmətilərinin bir qrup əməkdaşına “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin döş nişanlarını təqdim edib.
Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti, general-mayor Akif Şəfiyev, Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev və Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə müdiri Ceyhun Nəcəfli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar.
Xatırladaq ki, bu görüşdən öncə, iyulun 18-də ekspertlərin üçtərəfli görüşü də keçirilib.
Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük və daxili işlər orqanları, eləcə də dəmir yolları üzrə mütəxəssislərinin iştirak etdiyi toplantıda - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə əlaqədar gömrük və sərhəd keçid prosedurlarını sürətləndirmək məqsədilə gömrüklə bağlı ilkin dəmir yolu məlumatlarının mübadiləsi; dəmir yolu ilə həyata keçirilən poçt əməliyyatlarına dair ilkin məlumatların mübadiləsi; dəmir yolu ilə beynəlxalq daşımalar zamanı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması və digər məsələlərə baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

