/ / Ağdam: Mövcud yem bazası və yerli əhalinin təcrübəsi barama istehsalını dəfələrlə artırmağa imkan verir
Ağdam: Mövcud yem bazası və yerli əhalinin təcrübəsi barama istehsalını dəfələrlə artırmağa imkan verir
10.08.2017 [15:14]
Ağdam rayon Quzanlı qəsəbəsində Prezident İlham Əliyevin Sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, barama və pambıq istehsalıçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib.
Baramaçılığın vaxtilə Ağdam rayonunda inkişaf edən sahələrdən olduğunu deyən R.Məmmədov 1980-ci illərdə hər il rayon üzrə 300 tondan artıq barama istehsal edildiyini, lakin 1992-ci ildən sonra barama istehsalının dayandığını vurğulayıb. Qeyd edib ki, uzun fasilədən sonra ötən il ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə rayon ərazisində 40 min tut tingi əkilib. 2016-cı ildə Ağdam rayonunda 2,4 ton, 2017-ci ildə 13,2 ton barama istehsal olunub. Rayon ərazisindəki mövcud tut ağacları və əhalinin baramaçılıq sahəsindəki təcrübəsi barama istehsalını dəfələrlə artırmağa imkan verir.
Kənd Təsərrüfatı İdarəsinin rəisi Allahverən Əliyev, kümçü Məhəmmədəli İmanov və başqaları çıxış edərək, 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq üçün yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Toplantıda pambıqçılığın inkişafından da bəhs edilib. Qeyd olunub ki, əgər 2016-cı ildə rayon ərazisində 350 hektar sahədə pambıq əkilmişdisə, bu il 3005 hektara çatdırılıb. Tarlalara göstərilən düzgün aqrotexniki qulluq sayəsində hər hektardan 30-35 sentner pambıq istehsal edilməsi gözlənilir.
Yığıncaqda yüksək nəticə göstərən bir qrup kümçüyə rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyə verilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

