/ / Eldar İbrahimov: Qarşıda duran vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərrüfatında daha yüksək nəticələr əldə olunacaq
Eldar İbrahimov: Qarşıda duran vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərrüfatında daha yüksək nəticələr əldə olunacaq
12.01.2018 [10:06]
“Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Onun sözlərinə görə, cənab Prezident iclasda sabitliyin önəmini xüsusi vurğulayıb. Çünki sabitlik olmadan inkişafdan söhbət gedə bilməz.
“Ötən il Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. Xüsusilə qeyd etməliyik ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində isə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur. Dövlət başçısı iclasda kənd təsərrüfatının inkişafı məsələsini xüsusi vurğlayıb: “2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın”.
Əlbəttə ki, hökumət cari ildə də kənd təsərrüatının inkişafı istiqamətində zəruri addımlar atacaq. Bilirsiniz ki, ötən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib və bir neçə dövlət proqramı qəbul edilib. Dövlət başçısının qeyd etdiyi kimi bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Göründyü kimi, pambıqçılıq çox böyük sürətlə inkişaf edir və bu istiqamətdə nəticələr daha da artacaq. Bütövlükdə, iclasda cənab Prezident kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında fikirlərini bildirdi, tövsiyə və tapşırıqlarını verdi. Hesab edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərüfatında daha yüksək nəticələr əldə olunacaq”, - deyə komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05

