Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər həyata keçirilən uğurlu siyasətin nəticəsidir

Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər həyata keçirilən uğurlu siyasətin nəticəsidir

07.04.2018 [10:06]

Prezident İlham Əliyev: Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib
Bu gün müstəqil Azərbaycan bütün dünyada müsbət imicə və özünəməxsus inkişaf modelinə malik olan ölkə kimi tanınır. Respublikamız buna Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində nail olub. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və reallaşdırdığı siyasət Azərbaycanda çox müsbət reallıqlar yaradıb.
Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edib
Sosial-iqtisadi inkişaf hər bir ölkənin əsas göstəricisidir. Güclü iqtisadiyyat olmadan ölkənin hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin uğurlu həllindən də söhbət açmaq mümkün deyil. Bu mənada Prezident İlham Əliyevin Azərbaycanın güclü potensialından, o cümlədən də neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikanın qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil, çoxşaxəlidir. Respublikada davamlı şəkildə islahatlar aparılır və bu islahatlar neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunmasına istiqamətlənib. O cümlədən son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ölkənin müasirləşdirilməsi strategiyasına uyğun olaraq sənaye quruculuğu geniş vüsət alıb. Qeyd edək ki, son 15 ildə sənaye sektorunda 2,6 dəfə artım müşahidə edilib. Eyni zamanda, respublikamızda qeyri-neft iqtisadiyyatının mühüm bir istiqaməti kimi aqrar sektorun inkişafı dövlət tərəfindən güclü şəkildə dəstəklənir. Bu və ya digər tədbirlər nəticəsində son 15 ildə aqrar sektorda 1,7 dəfə artım baş verib.
Bütövlükdə, Azərbaycan son 15 ildə iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olub, qeyri-neft ixracı 4,1 dəfə artıb. Respublika miqyasında iqtisadi aktivliyin yüksəlməsinin nəticəsi olaraq yüz minlərlə yeni iş yeri yaradılıb. Qeyd edək ki, hazırda Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluq da əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, bu gün ölkədə yoxsulluq göstəricisi 5,4 faiz həddindədir.
Bütün bu deyilənlər göz önündə Azərbaycanın müsbət mənzərəsini yaradır. Daha dəqiq desək, görünən odur ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilib. Hər bir ölkə dünyadakı kataklizmlərin fonunda müasir, müstəqil Azərbaycanın stabil və yeni nailiyyətlərə istiqamətlənmiş vəziyyətini arzulaya bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycanın uğurlu inkişafını əsas məsələ kimi səciyyələndirib. “Mənim fikrimcə, əsas məsələ ondan ibarətdir ki, bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib”, - deyə dövlət başçısı vurğulayıb.
Uğurla reallaşdırılan müvafiq Dövlət proqramları bütün ölkə boyu tarazlı inkişafı təmin ediR
Bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi hərtərəfli inkişaf sayəsində dövlətin qüdrətini artırmaq və onun müstəqilliyini möhkəmləndirməkdir. Bu strateji hədəfə çatmaq üçün dövlət başçısının siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə yeni təşəbbüslər irəli sürülür və uğurla reallaşdırılır. Ölkəmizi fərqləndirən bu məqama diqqət çəkən Prezident İlham Əliyev deyib: “Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib”.
Son 15 ildə respublikamızda reallaşdırılan çoxsaylı proqramlar sırasında regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının önəmini xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Bəhs olunan Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bütün ölkə boyu tarazlı inkişaf təmin edilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Azərbaycanın uğurları beynəlxalq səviyyədə etiraf olunur
Azərbaycanın inkişafı o səviyyəyə çatıb ki, ölkəmizin uğurları beynəlxalq səviyyədə də etiraf olunur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı respublikamızın iqtisadi potensialı və inkişaf perspektivləri ilə bağlı nikbin proqnozlar açıqlayıblar. Bu baxımdan nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” da diqqəti cəlb edir. Prezident İlham Əliyev bəhs olunan hesabatda Azərbaycanın qazandığı uğurlara yüksək qiymət verilməsindən məmnunluq ifadə edərək bildirib: “Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir”.
Nüfuzlu Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30