Bakı Şopinq Festivalının şanslarla dolu lotereya proqramı
04.05.2018 [10:08]
3-cü Bakı Şopinq Festivalının keçirilməsi 1-31 may tarixlərinə təyin edilib.
Bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanmaq mümkündür. Festival həm yerli əhali, həm də turistlər üçün nəzərdə tutulub. İki həftədən çoxdur ki, sosial şəbəkələrdə diqqətləri cəlb edən #olabilər! hashtag-i “Bunlar yalnız Bakı Şopinq Festivalında ola bilər” mesajının qısa izahı hesab edilir. Bakı Şopinq Festivalının müştərilərini bu dəfə daha çox şans, daha geniş imkanlar, yeniliklər və daha çox hədiyyələr gözləyir.
Bu ilki festivalı digərlərindən fərqli edən daha bir məqam var. Belə ki, hər il Festival ərzində baş tutan “Festival sürprizləri” adlı stiumllaşdırıcı lotereya proqramı bu il ilk dəfə olaraq onlayn formada keçiriləcək. Artıq alıcılar Festivala üzv olan mağaza, supermarket və restoranlardan əldə etdikləri alış-veriş çekləri və vergi hesab fakturaları ilə onlayn lotereyada iştirak edib, elə yerindəcə hədiyyə qazanmaq imkanı əldə edirlər. Bunun üçün isə şərtlər çox sadədir. Festivala üzv olan ƏDV qaytarmaq proqramına qoşulan mağaza və supermarketlərdə minimum 100 AZN, digər mağaza və restoranlarda isə minimum 50 AZN-lik alış-veriş edib çekləri və vergi hesab fakturaları ilə onlayn lotereyada iştirak etmək olar. Qalib olduğunuz halda bildirilən tarixdə şəxsiyyət vəsiqəsi və alış-veriş çeki ilə birlikdə yaxınlaşıb hədiyyəni götürmək mümkündür.
Festivalın yenilikləri bununla bitmir. Daha bir yenilik ondan ibarətdir ki, alıcılar bir alış-veriş çeki ilə iki dəfə lotereyada iştirak etmək şansı qazanır: Onlayn qeydiyyat zamanı dərhal və 31 mayda keçiriləcək Tirajlı lotereya ilə müştərilərə iki şans təklif edilir. Tirajlı lotereyada 10000 dəyərli hədiyyələrlə yanaşı, Lotereyanın baş sponsoru Nurgun Motors-dan “Nissan Sunny” avtomobili qazanmaq şansı da sizin ola bilər.
Lotereyada daha çox alış-veriş edərək qalib gəlmək şansını artırmaq olar. Festivalda daha çox alış-veriş çeki daha çox lotereya bileti, daha çox lotereya bileti isə daha çox şans və daha çox hədiyyə anlamını kəsb edir.
Qeyd edək ki, Lotereyanın sponsorları Nurgun Motors, Bravo Hipermarket, Baku Electronics, Park Bulvar alış-veriş mərkəzidir. Lotereyanın hədiyələri sponsurlara və digər iştirakçılara məxsusdur. Hədiyyələr soyuducu, paltaryuyan maşın, tozsoran, mikrodalğalı soba və mobil telefonlar olmaqla, ümumilikdə 10000 belə şansdan ibarətdir.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

