Almaniyanın Frankfurt şəhərində IMEX sərgisi açılıb
16.05.2018 [09:37]
Azərbaycan Konqreslər Bürosu iştirakçı ölkələr arasında ən yaxşı nümayiş stendinə görə təşəkkür məktubu alıb
Mayın 15-dən Almaniyanın Frankfurt şəhərindəki “Frankfurt Messe”də dünyanın ən nəhəng turizm sərgilərindən biri olan IMEX sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə təşkilatın iştirak etdiyi bu sərgidə respublikamızı Azərbaycan Konqreslər Bürosu (AzKB) uğurla təmsil edir. Mayın 17-dək davam edəcək sərgidə Azərbaycan Konqreslər Bürosunun stendi ilk gündən təşkilatçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. IMEX rəhbərliyinin Azərbaycan Konqreslər Bürosuna ünvanladığı təbrik məktubu bunun əyani təsdiqidir. Məktubda Azərbaycan Konqreslər Bürosuna yüksək səviyyədə iştirakına görə minnətdarlıq edən IMEX-in təşkilati və satış işləri üzrə baş meneceri Oliver Bailey Büronu sərginin ilk günündən əldə etdiyi uğura görə təbrik edib.
İMEX sərgisi hər il dünyanın MİCE sənayesinin bütün sektorlarından 3500-dən çox təchizatçını Frankfurtda bir araya gətirir.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.
Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli sənaye tərəfdaşlarının maraqlarını qorumaqla Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində ticarət festivalının təşkili Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Bakı Şopinq Festivalı keçirilib. Bu layihə ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlanıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Üçüncü şopinq festivalı bu il mayın 1-dən start götürüb. Festival mayın 31-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

