Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub
27.12.2018 [09:44]
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin rəhbərlik etdiyi İran nümayəndə heyəti Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub, Astaraçay üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Astara Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbər şəxsləri daxildir.
Qeyd edək ki, Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir. Artıq birinci mərhələ üzrə Astaraçay və Kəmərbəndi körpüsü arasında 1400 metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1440 metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib. Astara yükaşırma terminalının 10 hektar ərazisində isə torpaq işlərinin 90 faizi, suötürücü kanalın tikintisi işlərinin 85 faizi yerinə yetirilib, 1,6 kilometr uzunluğunda dəmir yol xətti inşa olunub, 1800 kvadratmetrlik yükdoldurma-yükboşaltma platforması və gömrük binası tikilərək istifadəyə verilib. Ümumilikdə, tikinti-quraşdırma işlərinin 2020-ci ilin 1-ci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.
Sonra Azərbaycan və İran nümayəndə heyətləri Astaraçay üzərində yeni körpünün tikiləcəyi əraziyə baxış keçiriblər. Qeyd edək ki, körpünün uzunluğu 100 metr, eni 18 metrə yaxın olacaq.
Nazir Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-İran əlaqələrindən danışan nazir son illərdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Təkcə son 5 ildə Azərbaycan və İran dövlət başçıları arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73 faiz artıb.
Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək.
İqtisadiyyat naziri ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb. Qeyd edib ki, 2018-ci ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 260 min ton yük daşınıb.
İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini qeyd edib. Hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına önəm verdiyini vurğulayan Məhəmməd Eslamin Azərbaycan nümayəndə heyətinin İrana növbəti səfərinin də əlaqələrin inkişafına, xüsusilə də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Görüşdə iqtisadi-ticarət əlaqələrinə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

