Ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarların müraciətləri dinlənilib
30.03.2019 [09:28]
Martın 29-da İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərər çəkmiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən sahibkarların fərdi qaydada qəbuluna başlanılıb.
AZƏRTAC xəbər verir ki, qəbulda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş hər bir sahibkarın problemləri fərdi qaydada dinlənilib, onlarla müzakirələr aparılıb, göstəriləcək dövlət dəstəyi tədbirləri diqqətə çatdırılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən müvafiq dəstək göstəriləcək. Qeyd edib ki, artıq dövlət başçısının Sərəncamı ilə baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılıb. Aprelin ilk həftəsindən etibarən zərər çəkmiş sahibkarlara bu vəsait hesabına maddi yardımın göstərilməsi nəzərdə tutulur. Bundan başqa, ticarət mərkəzindəki yanğından zərər çəkən sahibkarlara uzunmüddətli güzəştli kreditlər təklif olunur, onların istəyinə uyğun digər ticarət mərkəzlərində yerləşdirilmələri istiqamətində işlər aparılır.
İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarların fərdi qəbulu martın 31-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) davam etdiriləcək. Zərurət yaranacağı təqdirdə qəbul müddəti uzadılacaq.
Qeyd edək ki, martın 28-də Prezident İlham Əliyevin Sədrliyi ilə Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirilib. Müşavirədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, zərər çəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili məqsədilə İqtisadiyyat Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

