Ramin Quluzadə: Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
02.05.2019 [09:43]
“Bir kəmər, bir yol” layihəsi ölkələrarası əlaqələri gücləndirir, əməkdaşlığın genişləndirilməsinə xidmət edir
Pekində “Bir kəmər, bir yol” əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən, 37 dövlət və hökumət başçısının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yalnız nəqliyyat bağlılığını təmin etmir. O, ölkələrarası əlaqələri gücləndirir, əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
Nazir deyib ki, bu gün Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir. Çünki Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat və geosiyasi üstünlüyə malikdir. Hazırda iki ölkə arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlığın cari vəziyyəti qənaətbəxşdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt qəsəbəsində yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının gələcəkdə artırılması nəticəsində Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ölkəmizin ərazisindən keçən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz) vasitəsilə tranzit yükdaşımalarının həcminin daha da artırılması mümkün olacaq.
Ramin Quluzadə bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd etməsi Çinin Azərbaycanla tranzit yükdaşımaları sahəsində maraqlı olduğunu göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri ilə görüşdə hər iki ölkənin rəhbərləri tərəfindən infrastruktur, logistika və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivlərinə toxunulması gələcəkdə uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan hökuməti prioritet sahələrdən hesab olunan informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsində xarici tərəfdaşlarla əlaqələrə yüksək əhəmiyyət verir. Bununla əlaqədar olaraq, “ZTE” Korporasiyasının sədri Li Cisue ilə keçirilmiş görüş sözügedən sahənin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. 2007-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərməyə başlayan “ZTE” Korporasiyası “Bakı Telefon Rabitəsi” MMC-nin və “Aztelekom” MMC-nin şəbəkələrində texniki yenidənqurma və müasir telekommunikasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq edir.
Nazir vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Huawei” simsiz rabitə, yeni nəsil şəbəkə məhsulları təklif etməklə yanaşı, proqram təminatı və tətbiqi xidmətlərini göstərir, terminalların quraşdırılmasını həyata keçirir. Ölkəmizdə 15 ildən çoxdur ki, uğurla fəaliyyət göstərən “Huawei” şirkəti üçün hər cür şərait yaradılıb. Məlum olduğu kimi, “Huawei” şirkəti ölkəmizdə sosial layihələrin həyata keçirilməsində və kadr potensialının artırılmasında da fəal iştirak edir. Belə ki, “Gələcək üçün toxumlar” layihəsi çərçivəsində Çində informasiya texnologiyaları sahəsində təlimlərdə indiyədək 500-dən çox azərbaycanlı mühəndis iştirak edib. Eyni zamanda, “Huawei” şirkəti tərəfindən 2016-cı ildən başlayaraq Azərbaycanı dünyaya tanıtmaq məqsədi daşıyan “Gözəl Azərbaycan” sosial layihəsinə start verilib. Sözügedən şirkətlə İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmli iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə gələcək əməkdaşlıqda maraqlıyıq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

