/ / Maliyyə Nazirliyi ilə UNCTAD Borcların İdarə olunması və Maliyyə Təhlili Sisteminin satın alınması və tətbiqi üzrə İş Planını imzalayıb
Maliyyə Nazirliyi ilə UNCTAD Borcların İdarə olunması və Maliyyə Təhlili Sisteminin satın alınması və tətbiqi üzrə İş Planını imzalayıb
26.10.2019 [09:59]
Maliyyə naziri Samir Şərifov oktyabrın 25-də Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Mukhisa Kituyi ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın BMT strukturlarında fəaliyyəti məmnunluqla qeyd olunub, cari ilin sentyabrında nazirlik ilə UNCTAD arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə imzalanan sənədin əhəmiyyətindən bəhs olunub.
S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət maliyyə idarəetməsi, o cümlədən dövlət borcunun idarə olunması sahəsində həyata keçirilən islahatlar, dövlət borcunun idarə edilməsi strategiyası, habelə bu sahəyə ayrılan diqqət barədə məlumat verib.
Bu günlərdə dövlətimizin başçısının Fərmanı ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradıldığını qeyd edən nazir bildirib ki, dövlət borcunun idarə olunması strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi borcun uzunmüddətli dayanıqlı səviyyədə saxlanılmasına, Azərbaycanın investorlar üçün cazibədar olaraq qalmasına, borc almaq qabiliyyətinin yüksək olmasına xidmət edir: “Müasir maliyyə sisteminin inkişafını borclanma olmadan təsəvvür etmək çətindir. Düzgün borclanma ölkələrin inkişafına, iqtisadi artıma şərait yaradır. Lakin düşünülmüş borclanma strategiyasının, dövlət borclanması sahəsində hesabatlılığın və uçotun olmaması ifrat borclanmaya səbəb olmaqla ölkələrin və xalqların rifahı üçün ağır maliyyə yükünə çevrilə, ölkələrin iqtisadi artımı üçün təhdid yarada bilər”.
“Dövlət borcunu idarə edən effektiv sistem dayanıqlı iqtisadi artım, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması üçün zəruridir”, - deyən Mukhisa Kituyi isə Azərbaycanın dövlət borcunun idarə olunması sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Baş katib 70-dək ölkənin maliyyə nazirliklərində və mərkəzi banklarında borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verən Borcların İdarə olunması və Maliyyə Təhlili Sisteminin Azərbaycanda da tətbiqinin borc idarəetmə prosedurlarının daha da asanlaşdıracağını, daha geniş təhlillərin aparılmasını, həmçinin borcla əlaqədar hesabatların daha şəffaf və qəbul olunmuş standartlara uyğun hazırlanmasını təmin edəcəyini vurğulayıb.
Sonra maliyyə naziri S.Şərifov və UNCTAD-ın baş katibi M.Kituyi Maliyyə Nazirliyi ilə UNCTAD arasında DMFAS Proqramının satın alınması və tətbiqi üzrə İş Planını imzalayıblar. Ümumi dəyəri 545 min İsveçrə frankı və icra müddəti 3 il olan layihə Asiya İnkişaf Bankı (ADB) və İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və nazirliyin əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.
Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi proqramının tətbiqi Azərbaycana borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi dövlət borcları ilə əlaqədar risklərin effektiv qiymətləndirilməsini, dövlət borcunun və zəmanətlərin hesabatlılığının daha da təkmilləşdirilməsi üzrə strateji məqsədlərə nail olmaq üçün mühüm töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

