Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11.12.2019 [09:55]
Yeni şəraitdə Azərbaycan milli iqtisadiyyatda ağırlıq mərkəzinin tədricən neftdənkənar sektora ötürülməsini təmin etməyi, o cümlədən də özəl bölmədə istehsal imkanlarını artırmağı hədəfləyib. Respublikamız bu sahədə də praqmatik yanaşma ortaya qoyur. Belə ki, ölkəmizdə liberal iqtisadiyyatın inkişafı ciddi şəkildə təşviq edilir - dövlət bu sahəyə həm güclü siyasi dəstək göstərir, qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilir, həm də özəl sektorun maliyyə təminatı möhkəmləndirilir, bütün ölkə üzrə sahibkarların iqtisadi proseslərə daha aktiv şəkildə qoşulmalarına hesablanan layihələr reallaşdırılır. Başqa sözlə desək, milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında yer alır və bu məqsədlə praktiki müstəvidə münbit zəmin yaradılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev ölkəmizdə əlverişli biznes mühitinin mövcud olmasından məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var.
Ölkədə biznes mühitinin cəlbediciliyini artırmaq üçün yeni nəsil islahatlar həyata keçirilir
Yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan yeni nəsil islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, ölkədə biznes mühitinin cəlbediciliyinin artırılmasına hesablanıb. Ölkədə biznes mühitinin daha da optimallaşdırılmasına hesablanan islahatların əhatə dairəsi isə kifayət qədər genişdir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmana əsasən “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi” qəbul edilib. Sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Hazırda Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası yüksək səviyyədə təmin edilir.
Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür.
Respublikamızda biznes mühitinin optimallaşdırılmasına hesablanan islahatların böyük bir qismi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi müvafiq icmaldan bəlli olur ki, respublikamızda “Doing Business”in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib. Ölkədə biznes mühitinin daha da optimallaşdırılması məqsədilə görülən tədbirlərdən biri də elektrik təchizatı şəbəkələrinə qoşulmanın asanlaşdırılması ilə bağlıdır. Bəhs olunan istiqamət üzrə aparılan islahatlar sayəsində elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, həmin işə sərf olunan günlərin sayı 41-dən 20-yə enib. Nəticədə, sahibkarların şəbəkəyə qoşulmaq üçün müraciət imkanları artıb.
Maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi özəl sektorda fəallığın artmasına müsbət təsir göstərib
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi də böyük aktuallıq daşıyır. Bu, sahibkarlar üçün yeni imkanlar deməkdir. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb. Bütövlükdə, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.
Dövlətin ayırdığı güzəştli kreditlərdən bəhrələnən sahibkarlar öz layihələrini uğurla həyata keçirirlər. Bu layihələr həm sənaye, həm də aqrar sektoru əhatə edir. Qeyd edək ki, indiyədək dövlət-özəl sektor əməkdaşlığının nəticəsi olaraq aqrar sektorda çoxlu sayda iri fermer təsərrüfatları və aqroparklar yaradılıb. Özəl sektor təmsilçiləri həmçinin bütün ölkə boyunca yaradılan sənaye məhəllələrində və parklarında da yüksək fəallıq nümayiş etdirirlər. Əsas məqamlardan biri ondan ibarətdir ki, özəl sektor təmsilçiləri innovativ əsaslı sənaye müəssisələrinin yaradılmasına böyük maraq göstərirlər.
Qeyd etmək yerinə düşər ki, aparılan islahat tədbirlərinin nəticəsi olaraq milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Hazırda iqtisadiyyatımızın 85 faizinin özəl sektorda formalaşması bunu əyani şəkildə təsdiqləyir.
İndi sahibkarlar öz məhsullarını daha asan şəkildə xarici bazarlara çıxara bilirlər
Özəl bölmənin inkişafına yönələn islahatlar çərçivəsində həmçinin sahibkarlıq subyektlərinin məhsullarının xarici bazarlara çıxardılması yüksək səviyyədə dəstəklənir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə Azərbaycanın adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox artım deməkdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün ölkəmizdə ixracyönümlü məhsul buraxan müəssisələrin şəbəkəsinin genişləndirilməsi güclü şəkildə təşviq olunur. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir. Ölkəmizdən qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilir, dövlət vəsaiti hesabına sahibkarlar beynəlxalq sərgilərdə iştirak edirlər. 2019-cu ilin əvvəlindən ixracatçıların Almaniyada keçirilən “Beynəlxalq Yaşıl Həftə”, “Fruit Logistika” və “Prowein”, Rusiyada “Prodexpo” və “Mosbuild”, Birləşmiş Ərəb Əmirliklərində “Qulfood”, Çində “Sial China” kimi dünya miqyaslı beynəlxalq sərgilərdə sahibkarlarımız vahid ölkə stendi ilə iştirak ediblər. Eyni zamanda, bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilir. Ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.
“KOB Dostu” həmişə sahibkarın yanındadır
Respublikamızda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açarkən İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin respublikanın bölgələrində reallaşdırdığı “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramının önəmini də vurğulamaq lazımdır. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında yaradılan “KOB Dostu” şəbəkəsi uğurla fəaliyyət göstərir. Ölkə miqyasında Kiçik və Orta Biznesin Dostu şəbəkəsi genişlənməkdə davam edir. Növbəti “KOB Dostu” İmişli rayonunda fəaliyyətə başlayıb. Bununla da, ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-yə çatıb.
Ölkəmizdə özəl sektorun inkişafı məqsədilə həyata keçirilən tədbirlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Əlamətdar haldır ki, respublikamızda özəl bölmənin dinamik inkişafını təmin etmək məqsədilə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu baxımdan Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatı xüsusilə xarakterikdir. Bəhs olunan hesabatda biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə arasında yer alıb.
Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib. Yeri gəlmişkən, Azərbaycanın “Doing Business - 2019” hesabatında layiq görüldüyü ən yüksək pillə - 2-ci yer və aldığı 81,67 bal kiçik investorların maraqlarının qorunması sahəsi üzrədir.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

