Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mikayıl Cabbarov: Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir

Mikayıl Cabbarov: Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir

11.02.2020 [10:01]

Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir. Bu ölkədə Azərbaycan şirkətlərinin fəallığı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan nümayəndə heyətinin fevralın 10-da Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşündə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, hər iki ölkənin iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri regionun iqtisadi əhəmiyyətini dəyişən layihələrdir.
“Azərbaycan həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadi potensialına görə regionda aparıcı ölkədir. Azərbaycan şirkətləri ölkə iqtisadiyyatı ilə yanaşı, bir sıra ölkələrə də investisiyalar yatırırlar. Gürcüstan da belə ölkələrdəndir. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə xeyli sərmayə yatırıblar. Bu da bizim iqtisadi əlaqələrimizin inkişafında önəmli rol oynayır”, - deyə nazir bildirib.
Görüşdə azərbaycanlı iş adamlarının qonşu ölkədə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30