/ / Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir
Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir
12.03.2020 [09:33]
Neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri mövcuddur və bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək
Hazırda neftin qiyməti dünya miqyasında əsas müzakirə mövzularından birinə çevrilib. Məlum olduğu kimi, OPEC+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiyməti kəskin aşağı düşüb. Birjalarda “qara qızıl”ın kəskin dəyər itirməsi isə öz növbəsində həm istehsalçı, həm də istehlakçı ölkələrdə bir sıra narahatlıqlara yol açıb. Yaranmış vəziyyətdə milli dövlətlərin əsas gündəliyi neqativ xarici təsirləri prevantiv tədbirlərlə önləməkdən, hökumətin fəaliyyət istiqamətlərini düzgün müəyyənləşdirməkdən ibarətdir.
Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ iclasında da dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsiri müzakirə olunub. Müvafiq qurumların rəhbər şəxslərinin qatıldığı iclasda vurğulanıb ki, Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri mövcuddur və bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.
Ardıcıllıqla aparılan məqsədyönlü siyasət Azərbaycanı güclü maliyyə təminatına malik ölkəyə çevirib
Ekspertlər belə bir qənaəti əminliklə bölüşürlər ki, OPEC+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Bu da səbəbsiz deyil. Belə ki, indiki şəraitdə respublikamızın özünəinamını artıran bir sıra fundamental amillər sadalamaq mümkündür. Bu amillər sırasında son 16 ildə ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinin önəmini xüsusi qeyd edə bilərik. Bəhs olunan iclasda da bildirildiyi kimi, neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Məlum olduğu kimi, son 16 ildə respublikamızda müxtəlif sahələrə, o cümlədən də müasir infrastruktur quruculuğuna dövlət əsaslı vəsait qoyuluşunun həcmi artıb. Bununla belə, Azərbaycan özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Təkcə 2019-cu ildə respublikamızın strateji valyuta ehtiyatları daha 4,5 milyard dollar çoxalıb. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları həcmindədir. Strateji valyuta ehtiyatlarımız ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Yeri gəlmişkən, qeyd edək ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.
Paralel şəkildə ölkəmizə investisiya qoyuluşu ilbəil artır. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, 2004-cü ildən bəri milli iqtisadiyyatımıza təxminən 270 milyard ABŞ dolları həcmində sərmayələr yönəldilib ki, bu da kifayət qədər böyük məbləğdir. Təkcə 2019-cu ildə müxtəlif mənbələrdən respublikamıza investisiya qoyuluşunun həcmi 13, 5 milyard dollara çatıb.
Azərbaycan, eyni zamanda, xarici dövlət borcunu azaltmağı hədəfləyib. Hazırda respublikamızın xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu da bütün dünya üzrə ən aşağı hədlərdən biri sayılır. Yeri gəlmişkən, Azərbaycan dövlət borcunun azaldılması ilə bağlı müvafiq strategiya qəbul edib. Həmin strategiya əsasında qarşıya respublikamızın borc öhdəliklərinin getdikcə azaldılması ilə bağlı konkret hədəflər qoyulub.
Ölkədə iqtisadi inkişafın davamlılığı təmin olunur
Dünya bazarında neftin kəskin dəyər itirməsi fonunda Azərbaycanın özünəinamını artıran digər bir mühüm faktor isə ölkəmizdə iqtisadi inkişafın davamlılığının təmin olunması ilə bağlıdır. Qısa müstəqillik tarixində ölkəmiz zamanın çağırışları ilə səsləşən islahatları uğurla həyata keçirməklə iqtisadi sahədə dinamik inkişafa nail olub. Respublikamızda dövlətin güclü siyasi iradəsi sayəsində iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Son 16 ildə milli iqtisadiyyatımız 3,3 dəfə genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Hazırda Azərbaycan iqtisadi baxımdan tam müstəqil dövlətdir. Respublikamız heç bir kənar gücdən, kredit təşkilatından asılı deyil. Əksinə Azərbaycan investor ölkəyə çevrilib. Ölkəmiz indiyədək bir sıra transmilli enerji və nəqliyyat layihələrinə moderatorluq etməklə regional və qlobal əməkdaşlığa sanballı töhfələr verib. Bu gün respublikamız qonşu dövlətlərdə, həmçinin bir sıra Avropa ölkələrində böyük investisiya tutumuna malik layihələr reallaşdırır.
Yeni şəraitdə ölkəmiz neft sektorunda ənənələrin daha da möhkəmləndirilməsi ilə yanaşı, postneft dövrünün iqtisadiyyatının qurulmasını diqqət mərkəzində saxlayır. Belə ki, transmilli şirkətlərlə bağlanan neft müqavilələri çərçivəsində ölkəmizə gələn gəlirlərin müəyyən hissəsi məqsədyönlü şəkildə qeyri-neft sektorunda yeni istehsal sahələrinin yaradılmasına yönəldilir. Təkcə son illərdə qeyri-neft sektorunda istifadəyə verilən nəhəng sənaye müəssisələri milli iqtisadiyyatımızın gücünü, o cümlədən də ölkəmizin ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Həmçinin respublikamızda qeyri-neft sektorunun mühüm bir qolu olan kənd təsərrüfatı yeni yanaşmalar əsasında inkişaf etdirilir və burada da yaxşı nəticələr əldə olunur.
Qeyd edək ki, 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Son illərdə bu dayanıqlılıq daha da möhkəmlənib. Ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. 2020-ci ilin yanvar-fevral aylarında ölkəmizdə ÜDM 2,8 faiz, qeyri-neft ÜDM-i isə 6,7 faiz artıb. Bütün bu statistik göstəricilər ona dəlalət edir ki, milli iqtisadiyyatımızın qeyri-neft sektorunda genişlənmə meyli yüksəkdir və iqtisadiyyatın şaxələndirilməsi getdikcə daha da sürətlənir.
Yeni şəraitdə ölkəmizdə həmçinin büdcə xərclərinin səmərəliliyi artırılır və optimallaşdırılır. Eyni zamanda, monetar və fiskal tədbirlər görülür. Milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsi tətbiq edilib, o cümlədən vergi və gömrük rüsumlarının effektivliyinin artırılmasına nail olunub.
Hər hansı bir sosial layihənin ixtisara salınması nəzərdə tutulmur
Azərbaycan sosial dövlətdir və hər zaman özünün dərinməzmunlu sosial siyasətinə sadiq qalır. 2019-cu il respublikamızda sosial islahatlar ili kimi səciyyələndirilə bilər. Respublikamızda ötən ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. İki mərhələdə reallaşdırılan sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, sosial islahatların həyata keçirilməsinə 5.2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur. Reallaşdırılan böyük sosial paket çərçivəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb.
Vurğulamaq yerinə düşər ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Hazırda istehlak bazarına ciddi nəzarət təşkil olunub. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülür. Ölkə üzrə inflyasiya hədəflənən səviyyədə saxlanılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44

