Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı-Kiyev-Bakı sərnişin qatarı və Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti dayandırılır

Bakı-Kiyev-Bakı sərnişin qatarı və Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti dayandırılır

16.03.2020 [15:51]

Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq, Bakıdan martın 21-də 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır. Bakıdan martın 14-də yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasınadək hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından martın 16-da yerli vaxtla saat 15:30-da yola düşməklə Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.

Paylaş:
Baxılıb: 860 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30