Azərbaycan iqtisadiyyatının yeni inkişaf ssenariləri...
24.02.2010 [09:28]
Azərbaycan hökuməti keçid iqtisadiyyatını başa vuraraq iqtisadi islahatların kursunu keyfiyyət və kəmiyyət baxımından yeni inkişaf erasının tələblərinə uyğun şəkildə müəyyənləşdirməyi qarşıya məqsəd qoyub. Uzunmüddətli inkişaf mərhələsinin başlanğıcında Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı konseptual sənədin hazırlanmasını nəzərdə tutur. Qarşıdakı illərdə iqtisadi strategiyanın əsas hədəfləri neftdən kənar bölmələrdə diversifikasiya siyasətinin dərinləşdirilməsindən ibarət olacaq. Respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərinə əsasən hazırlanmış proqnozlar və ssenarilər də Azərbaycanda yeni iqtisadi modelin tətbiq olunmasını ehtiva edir.
Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji plana əsasən Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olacaq. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilmiş məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin yaradır.
XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Yəni, iqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə öz mühüm bəhrəsini verəcək və ölkəmizin sərmayə mənbələri sırasında qeyri-neft məhsulları xüsusi paya malik olacaq. Həmin perspektivli sahələr sırasında isə sənaye, informasiya-kommunikasiya texnologiyaları, beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilən qiymətli kağızlar, kənd təsərrüfatı, turizm və digər bölmələrin dinamikliyini göstərmək olar.
İqtisadiyyatın diversifikasiyası üçün yaradılmış əlverişli mühit, həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, vergi-gömrük və fiskal qanunvericiliyin təkmilləşdirilməsi və digər islahatlar Azərbaycanın uzunmüddətli dinamik inkişafına baza yaradıb.
ümumiyyətlə, ölkəmizdə sistemli tədbirlərin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirir. Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. Şaxələndirmə siyasətinin başlıca tələblərindən olan biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi 2010-2015-ci illərin və sonrakı illərin əsas iqtisadi ssenarilərini təşkil edəcək. İqtisadiyyatda kompleks islahatların sürətləndirilməsi ilə bərabər, bu sektorda funksional idarəetmə sisteminin təkmilləşdirilməsi, maliyyə, sosial, iqtisadi bölmələrdə struktur islahatlarının sürətləndirilməsi də mühüm məqsədlər kimi qarşıya qoyulub.
Azərbaycan iqtisadiyyatının yeni modelə uyğun inkişaf edərək daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması sosial infrastrukturun da keyfiyyətcə dəyişməsinə və modernləşməsinə səbəb olacaq. Respublikamızın qarşıdakı mərhələdə inkişaf ssenariləri iqtisadi uğurların yüksəlməsini və son illər ərzində toplanmış yüksək və orta müddətli gəlirə malik, yaxşı infrastrukturlu və zəngin insan kapitalına sahib olan bir ölkə kimi tanınmasını təmin etməkdən ibarətdir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

