İqtisadiyyat naziri Mikayıl Cabbarovun gənclərlə görüşü keçirilib
03.09.2020 [09:28]
İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə videokonfrans formatında görüşü keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Heydər Əliyev Mərkəzinin Gənclər və İdman Nazirliyi ilə birlikdə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramını 2019-cu ildən başlayaraq həyata keçirilməsinə başladığını, 2020-ci il üzrə proqramda iştirak etmək üçün 40 rayon və şəhərdən 350-dən artıq gəncin müraciət etdiyini bildirib.
Nazir müavini qeyd edib ki, rəhbər şəxslərlə görüşlərin məqsədi gənclərin dünya görüşünün formalaşması, müxtəlif sahələr üzrə həyata keçirilən dövlət siyasəti və gələcəyə baxış barədə daha ətraflı məlumatlandırılmasıdır.
Görüşdə İqtisadiyyat naziri Azərbaycanın inkişaf tarixində misilsiz rolu olan Heydər Əliyev irsinin öyrənilməsinin önəmini vurğulayıb, Ümummilli Liderin Azərbaycan iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası, ölkəmizə investisiyaların cəlb olunması, iqtisadi fəallığın bərpası və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü genişmiqyaslı işlərdən bəhs edib. Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının uzunmüddətli dövrə hesablandığını qeyd edən Mikayıl Cabbarov Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda yeni istehsal sahələrinin qurulduğunu, bir sıra böyük sənaye müəssisələrinin məhz respublikamızda inşasına nail olunduğunu, “Əsrin müqaviləsi”nin Azərbaycanın regionda və dünyada mövqeyini möhkəmləndirdiyini, iqtisadiyyatın bütün sahələrinin inkişafına zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Heydər Əliyevin zamanın yeni çağırışlarını nəzərə almaqla həyata keçirdiyi islahatlar sahibkarlığın inkişafını, liberal iqtisadiyyatın, biznes və investisiya mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan beynəlxalq arenada yerini daha da möhkəmləndirdi, ölkəmizin gələcək tərəqqisi üçün möhkəm təməl yaradıldı. Azərbaycanın hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi baxımdan regional liderə, Avropa və Asiya arasında əsas nəqliyyat-logistik mərkəzlərdən birinə çevrilib.
Nazir vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsində gənclərin rolu daim yüksək qiymətləndirilir. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsinə istiqamətlənmiş uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi inkişafının mahiyyət və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Bu gün rəqəmsallaşma və yeni nəsil, rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas çağırışlardandır. Gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsinin önəmini qeyd edən İqtisadiyyat naziri bacarıqlı sahibkarların və idarəçilərin gələcəkdə ölkənin aparıcı qüvvəsinə çevriləcəyini qeyd edib və bunun üçün dövlət dəstək tədbirlərini, həyata keçirilən proqramları diqqətə çatdırıb. Qeyd edilib ki, yeni nəsil idarəçilər üçün həyata keçirilən unikal “Yüksəliş” layihəsi də öz potensialına inanan gənclərə yeni imkanlar açır.
Mikayıl Cabbarov son illər Azərbaycan gənclərinin ictimai fəallığının yüksəldiyini, onların Azərbaycan diasporunun formalaşmasında fəaliyyətində yaxından iştirakını vurğulayaraq, gənclərimizin ölkəmizin iqtisadi qüdrətinin daha da artmasında daim ön sıralarda olacaqlarına əminliyini ifadə edib, gənclərə tövsiyələrini verib.
Sonda İqtisadiyyat naziri gəncləri maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

