/ / Aydın Hüseynov: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Aydın Hüseynov: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
09.01.2021 [09:54]
"Hazırda beynəlxalq miqyasda ölkələrin iqtisadi inkişafı üçün şərtlər heç də arzuedilən deyil. Qlobal pandemiya səbəbindən dünyada mal və xidmətlərə tələbat azalıb ki, bunun da nəticəsində iqtisadi aktivlik aşağı düşüb. Mütəxəssislərin qənaətinə görə, pandemiya səbəbindən yaşanan tənəzzül meyilləri 2008-ci il böhranından daha dərin olacaq".
Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov ifadə edib. O bildirib ki, yeni növ koronavirus pandemiyası başlayandan bəri təxminən 150 ölkə maliyyə dəstəyi almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib. Azərbaycanın adının bu siyahıda olmadığını deyən Milli Məclisin deputatı bildirib ki, ölkəmiz pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanları hesabına qarşılayır. Bundan başqa, məsuliyyətli dövlət olan Azərbaycan indiki çətin şəraitdə qlobal həmrəyliyin möhkəmlənməsinə töhfə olaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon ABŞ dolları həcmində ianə ayırıb, həmçinin 30-dan çox ölkəyə dəstək göstərib. Əlamətdar haldır ki, pandemiya dövründə respublikamızda hər hansı bir sosial layihə ixtisara salınmayıb, əksinə Prezident İlham Əliyevin təşəbbüsü ilə təxminən 5 milyon insanı əhatə edən sosial dəstək proqramı reallaşdırılıb.
Milli Məclisin deputatı A.Hüseynov bütün bunların təməlində Azərbaycanın güclü iqtisadiyyatının dayandığını bildirib. "Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Nəticədə, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb. Bu gün milli iqtisadiyyatımız mənfi xarici şoklara müqavimət göstərmək iqtidarındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində də ilk növbədə güclü iqtisadi potensialı əsasında şanlı qələbəyə imza atdı və ərazi bütövlüyünü təmin etdi", - deyə A.Hüseynov vurğulayıb.
Fikirlərinə davam edən A.Hüseynov bildirib ki, bu gün Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bununla bağlı fikirlərini ifadə edən Milli Məclisin deputatı deyib: "Prezident İlham Əliyev yanvarın 6-da Onun Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində Dünya Bankının, Davos İqtisadi Forumunun son dəyərləndirmələrinə diqqət çəkdi. Bu da təsadüfi deyil. Dünyanın aparıcı iqtisadi-maliyyə qurumlarının hesabatlarında milli iqtisadiyyatımızın dayanıqlılığına, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatlara yüksək qiymət verilməsi sıradan bir hadisə sayıla bilməz. Diqqət yetirək, Dünya Bankının yenidən işlənmiş "Doing Business" hesabatına əsasən, respublikamız 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil edilib. Dünyanın bir nömrəli iqtisadi platforması sayılan Davos İqtisadi Forumunun hesabatında da ölkəmizlə bağlı müsbət məqamlar yer alıb. Sözügedən hesabata əsasən, Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin islahatçı obrazı əmsalına görə respublikamız beşinci sırada gəlir. Hökumətin uzunmüddətli strategiyası indeksi üzrə ölkəmiz 10-cu, hökumətin siyasi sabitliyi təmin etməsi əmsalına görə isə 11-ci yerə layiq görülüb. Respublikamızda aparılan infrastruktur quruculuğuna verilən qiymət də kifayət qədər yüksəkdir. Beləliklə, dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə Azərbaycan 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi indeksinə görə isə 12-ci yerdə qərarlaşıb. Ölkəmiz avtomobil yollarının keyfiyyəti indeksi üzrə dünyada 24-27-ci yerləri bölüşür. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir".
A.Hüseynov əlavə edib ki, bəhs olunan hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. "Dünya səviyyəsində etiraf olunan bu uğurların arxasında Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasət dayanır. Son 17 ildə Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə, meydana çıxan yeni çağırışlara uyğun qurub ki, bu da uğurlarımızı şərtləndirir", - deyə A.Hüseynov qeyd edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

