Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azercell Biznes korporativ müştəriləri üçün yeni limitsiz internet təqdim edir

Azercell Biznes korporativ müştəriləri üçün yeni limitsiz internet təqdim edir

02.02.2021 [09:37]

Mobil internetə günbəgün artan tələbatı nəzərə alan Azercell Biznes korporativ abunəçiləri üçün ölkədə ilk dəfə tamamilə limitsiz internet trafikinə malik unikal təklifi təqdim edir. Korporativ abunəçilərin biznes ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan yeni GigaMax limitsiz internet paketləri sizə yüksək sürətlə və minimal gecikmə təminatı ilə internetdən istifadə etməyə, iri həcmli faylları yükləməyə və endirməyə, eləcə də, videokonfranslar keçirməyə imkan verir. Limitsiz İnternet paketləri trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən əlavə xərcsiz sadə və bəlli ödənişlə internetdən faydalanmaq deməkdir.
Ölkədə ilk dəfə Azercell Biznes tərəfindən təqdim olunan bu yeni məhsul mobil internetə olan fərqli tələblərin təminatı məqsədilə abunəçilərə 3 növ internet paketində təklif olunur:
GigaMax - sürəti 1Mbps gədər olan sərfəli və limitsiz internet paketi abunəçilərə aylıq cəmi 9.90 AZN-ə təklif olunur. Bu paket rahat şəkildə internetdə müxtəlif axtarışlar, onlayn yazışma proqramları, elektron poçtun idarə olunması və internetlə bağlı digər əsas biznes ehtiyaclarının qarşılanması üçün ideal seçimdir.
GigaMax+ istənilən yerdə daima ünsiyyətdə olmaq və işinizə nəzarət etmək üçün güvənə biləcəyiniz limitsiz internet paketidir. Bu paket aylıq cəmi 19.90 AZN ödəməklə sizə 5Mbps sürətə gədər internetdən faydalanmaq imkanı verir. GigaMax+ müxtəlif iri həcmli faylların paylaşılması və yüklənməsi, eləcə də, biznes səhifənizin sosial şəbəkələrdə idarə olunması üçün çox əlverişlidir.
GigaMax Pro - işinizin bütün tələblərini tam qarşılayan maksimal sürətli limitsiz internet paketi ayda cəmi 49.90 AZN müqabilində sizi ən yüksək sürətli və limitsiz internetlə təmin edir. Bu paket daxilində korporativ abunəçilər işlərinin uğuru üçün mobil internetin verdiyi bütün imkanlardan istənilən qədər yararlana bilər.
İndi Azercell Biznesin korporativ abunəçiləri özünə uyğun Limitsiz İnternet paketini seçərək yüklənən data həcmini düşünmədən sərhədsiz internet imkanlarından maksimum yararlanacaq. Belə ki, internetlə bağlı məhdudiyyətlərin olmaması sizə trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən mobil internet xərclərinə nəzarət etməklə işinizi rahat şəkildə idarə etmək imkanı verəcək.
Gigamax limitsiz internet paketlərini seçməklə Azercell Biznes abunəçiləri öz bizneslərinin daha da rəqəmsallaşmasına səmərəli və effektiv şəkildə dəstək verə biləcəklər.

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30