Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Naxçıvan Muxtar Respublikası: qətiyyətlə reallaşan hədəflər

Naxçıvan Muxtar Respublikası: qətiyyətlə reallaşan hədəflər

18.03.2021 [15:24]

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

 

Tərəqqiyə, intibaha və bu amillər əsasında davamlı islahatlara söykənən milli iqtisadiyyat yeni keyfiyyət göstəricilərinə malik olan mərhələlərə qədəm qoymaqdadır. Burada ölkə iqtisadiyyatının qeyri-neft sektoru, innovativ dayanıqlı idarəetmə və uzunmüddətli prioritetlər əsasında reallaşan tədbirlər aktuallığını daha da artırmaqdadır. Nəticədə isə bir-birini əvəz edən illər üzrə təşəkkül tapan iqtisadi artım milli iqtisadiyyatın müqavimətliliyinin, dayanıqlılığının və çoxşaxəliliyinin etibarlı bazası olaraq çıxış etməkdə və ümumilikdə, iqtisadiyyatın sahə strukturuna hərəkətverici təsir göstərməkdədir. Bu sahədə ölkənin həm regional, həm də milli iqtisadiyyatı üçün səmərəli olacaq amillərin üstün tutulması diqqətdə saxlanılmaqdadır. Təbii ki, hazırda makroiqtisadi inkişafın məhz regional və milli mahiyyəti yüksək olan sağlam təməllər üzərində təmin olunması həyata keçirilən iqtisadi və hüquqi tənzimlənmə mexanizmləri ilə daha da səmərəli olmaqdadır.

12 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən "2021–2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq olunması haqqında Sərəncam imzalanması bu sahədə daha etibarlı istehsal mühitinin ifadəsinə çevrilməkdədir. İnkişafın hazırkı mərhələsində mühüm əhəmiyyətə malik olan yeni Dövlət Proqramı:

– istehsal sahəsi üzrə əhatəliliyi;

– real iqtisadi artıma hərəkətverici təsiri;

– sosial sahələr üzrə güclü dayaqlar yaratması;

– məskunlaşma və məşğulluq imkanlarının stimullaşdırılması;

– aqrar sahənin dinamik inkişaf proseslərindəki rolunun daha da artırılması;

– ailə təsərrüfatlarının fəaliyyətinin innovativ imkanlara söykənən səmərəliliyinə xas olan nəticələrin əhatəsinin genişlənməsi, onların maddi-texniki təminatının və infrastruktur sahəsindəki əlçatanlığının artırılması;

– artan tələbatların yerli məhsullar hesabına qarşılanması, daxili bazarın və bu sahədəki tarazlığın qorunması sahəsində imkanların artırılması və s. məsələlərin reallaşmasındakı proseslərin səmərəliliyini daha da artıracaq.

Bir tərəfdən muxtar respublikada 462 min nəfərə yaxın əhalinin 70 faizinin, yəni 323 min nəfərdən çoxunun kənd yerlərində yaşaması, digər tərəfdən, ekoloji tarazlığın qorunması sahəsində reallaşan tədbirlər çərçivəsində yeni Dövlət Proqramı daha mühüm səmərə verəcəkdir. Qeyd edək ki, 2012-2020-ci illərdə muxtar respublikada kənd təsərrüfatının ümumi məhsulu 1,7 dəfə artmışdır. Həmin dövrdə bitkiçilik məhsullarının həcmi 1,6 dəfədən çox, heyvandarlıq məhsullarının həcmi isə 1,8 dəfə artmışdır.

Məhz Dövlət Proqramının məqsədlərinə diqqət etdiyimiz zaman onun geniş məhsuldarlıq və etibarlılıq mahiyyətli xüsusiyyətlərini görə bilirik. Belə ki, orada:

– meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılmasından;

– müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsindən;

– müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulmasından ibarət olan məqsədlərin müəyyən olunması qarşıdakı dövrlər üzrə hədəflərin əlçatanlığını bir daha göstərir. Digər tərəfdən, Dövlət Proqramının həyata keçirilməsi üzrə təsdiq olunan 21 bənddən ibarət olan Tədbirlər Planına diqqət edərkən aydın olur ki, onun hər birində zəruri amillər yer almaqdadır. Bunlar:

– meyvə-tərəvəz sahəsində məhsuldarlıqdan;

– ixracın stimullaşdırılmasından;

– aqrar sektorun səmərəlilik mexanizmlərinin işləkliyindən;

– meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsindən və yenilərinin yaradılmasından;

– emal sənayesinin inkişafından;

– soyuducu anbarların və istixana komplekslərinin qurulmasından;

– aqrokimyəvi qulluğun göstərilməsindən;

– istehsal münasibətlərinin inkişafından;

– bu sahədəki proseslərin əlçatanlığı üçün meyvə-tərəvəz məhsulları yarmarkalarının keçirilməsindən ibarət olmaqla, etibarlı maddi-texniki təminatının gücləndirilməsinə istiqamətlənmişdir.

Bunu keçən dövrlər üzrə, yəni Naxçıvan Muxtar Respublikasında 2012–2015, 2016–2020-ci illərdə birinci və ikinci mərhələlər üzrə uğurla icra olunan meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının icrasının nəticələri də göstərməkdədir.

Naxçıvan Muxtar Respublikasında meyvə və giləmeyvələr üzrə əkmələrin sahəsi və ümumi yığımı haqqında məlumat (ha/ton)

 

Hesablamalar göstərir ki, 2012–2015-ci illərdə meyvə və giləmeyvələr üzrə əkmələrin sahəsi 418,5 hektar, 2016–2020-ci illərdə isə 597,9 hektar artmışdır. Bu göstərici, həmin məhsullar üzrə ümumi yığım göstəricilərində 2012–2015-ci illərdə 1,2 dəfədən çox, 2016–2020-ci illərdə isə 1 dəfədən çox təşkil etmişdir. Digər tərəfdən, 2012–2020-ci illərdə  meyvə və giləmeyvələr üzrə əkmələrin sahəsi 1098,8 hektar çox olmuş, həmin məhsullar üzrə ümumi yığım göstəricilərində 1,3 dəfə artmışdır.

Keçdiyimiz dövrlərdə müvafiq sahə üzrə əldə olunan makroiqtisadi uğurlar bu sahə üzrə göstəricilərin təşəkkülündə üzümçülüyün inkişafı və səmərəliliyinin artırılmasına da stimul olmuşdur. Bu, həmçinin ümumilikdə, milli iqtisadi quruculuq proseslərində həm üzümçülüyün, həm də muxtar respublikanın rolunu daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikasında üzüm üzrə əkmələrin sahəsi və ümumi yığımı haqqında məlumat (ha/ton)

 

İstinad olunan illər üzrə apardığımız təhlillər göstərir ki, muxtar respublikada üzümçülük üzrə əkmələrin sahəsi 428,3 hektar, ümumi yığım isə 1,2 dəfəyə yaxın artmışdır. Təbii ki, həmin dövrlər ərzində üzümçülüklə yanaşı, muxtar respublikada kənd təsərrüfatı bitkiləri üzrə göstəricilər də artmışdır. Bunu həm də cəmi əkin sahəsi üzrə də görmək olar.

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı bitkilərinin əkin sahəsi haqqında məlumat (ha)

 

Eyni müqayisəni bitkiçilik məhsullarının istehsalı üzrə apardıqda aydın olur ki, istər 2012–2015, istərsə də 2016–2020-ci illər müvafiq keyfiyyət göstəricilərinin təşəkkülündə etibarlı baza rolunu oynaya bilmişdir. Eyni zamanda, müasir müstəqilliyin son 25 ildən artıq dövründə uzaqgörən ideyalar əsasında müəyyən olunan dayanıqlı inkişaf strategiyası bu sahədə də hərəkətverici qüvvəyə çevrilmişdir. Xüsusilə bu, 2004-cü ildən uğurla icra olunan sosial-iqtisadi inkişaf Dövlət proqramlarının məqsəd və vəzifələrinin reallaşmasını sürətləndirmiş, həmçinin digər sahəvi tənzimləmələrin rolunu daha da artırmışdır. Nəticədə, Naxçıvan Muxtar Respublikasında sağlam investisiya, infrastruktur, tarazlaşdırma, təsərrüfatçılıq, məşğulluq mühitinin güclü təsisatları yaradılmışdır. Təbii ki, bununla da məhsuldarlıq göstəriciləri artan dinamikaya sadiq qalmışdır. Aşağıdakı şəklin məlumatlarında bu göstəricilər öz əksini tapmaqdadır.

Naxçıvan Muxtar Respublikasında bitkiçilik məhsullarının istehsalı haqqında məlumat (ton)

 

Təhlillər göstərir ki, muxtar respublikada 2012–2020-ci illərdə bitkiçilik məhsullarının istehsal həcmi 1,1–1,3 dəfə artmışdır. Burada onu da qeyd edə bilərik ki, ölkəmizdə, onun regionlarında və ayrılmaz tərkib hissəsi olan, Naxçıvan Muxtar Respublikasında milli iqtisadi quruculuq proseslərinin dinamik artıma söykənən ifadəsi olaraq pandemiyanın təsirləri qarşısında da dayanıqlılıq və müqavimətlilik qazanılmışdır. Nəticədə isə qəbul və icra olunan hüquqi və iqtisadi tənzimləmə vasitələrinin səmərəli icrası üçün əlverişli zəmin mövcud olmuşdur.

Təbii ki, qeyd olunanlar bir daha təsdiq olunan "2021–2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın  qarşıdakı dövrlər üzrə daha məhsuldar istehsal, məşğulluq və təminat mühitinin əsaslarını gücləndirəcək. Məhz yeni Dövlət Proqramının gözlənilən nəticələri olaraq müəyyən olunan:

– daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsindən;

– ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasından;

– muxtar respublikanın rayonlarında relyef və iqlim şəraiti nəzərə alınmaqla yeni meyvə bağlarının salınması, tərəvəz əkininin genişləndirilməsindən ibarət olan təminatlar daha da əlçatan olacaqdır.

Beləliklə, Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində çevik iştirakı ilə uzunmüddətli prioritetlərini etibarlı şəkildə reallaşdırmaqdadır. Bu, özünün sosial və iqtisadi mahiyyətinə görə həm regional, həm milli iqtisadi inkişaf üçün mövcud dayaqları gücləndirməklə, daha qətiyyətli hədəflərin müəyyən olunmasına yol açmaqdadır. Qarşıdakı dövrlərdə bunun perspektivləri çox olacaq.

Paylaş:
Baxılıb: 922 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30