İqtisadiyyat Nazirliyi “Carlsberg Azerbaijan” ilə anlaşma memorandumu imzalayıb
19.05.2021 [08:39]
Mayın 18-də İqtisadiyyat Nazirliyi və ölkəmizdə ən böyük pivə istehsalı şirkəti olan “Carlsberg Azerbaijan” arasında anlaşma memorandumu imzalanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, imzalanma nazir Mikayıl Cabbarov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, eləcə də “Carlsberg Group” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Sənədə uyğun olaraq, “Carlsberg Azerbaijan” şirkəti xammal bazasının lokallaşdırılmasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına və iş yerlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə, ölkədə istehsal olunan pivənin ixracına, eləcə də 2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 milyon manatdan çox sərmayə yatırmağı planlaşdırır.
Tərəflər, həmçinin “Made in Azerbaijan” məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə ixrac layihələrində əməkdaşlıq barədə razılığa gəliblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, “Carlsberg Azerbaijan” şirkətinin ölkəmizdə yeni inkişaf və sərmayə planları diqqətəlayiqdir. Bu gün imzalanan sənəd Prezident İlham Əliyevin 2020-ci ildə Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşündən irəli gələn tapşırığının icrasıdır. Şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, xammal bazasının lokallaşdırılması və innovativ texnologiyalara əsaslanan istehsal prosesinə keçidi nəzərdə tutan proqramını təqdir edirik. Anlaşma memorandumu bir sıra məqsədləri hədəfləyir. Belə ki, şirkət 2025-ci ilədək Azərbaycanda pivəlik arpanın istehsalını dəstəkləməklə xammal idxalını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur. İstehsalın genişləndirilməsi və lokallaşdırılması ixrac imkanlarını artıracaq, məşğulluğa töhfə verəcək. İqtisadiyyat Nazirliyi ixraca dəstək mexanizmləri çərçivəsində qarşılıqlı əməkdaşlıq etməklə şirkətin ixrac potensialının artırılmasına dəstək verməyə hazırdır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcək.
“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə vitse-prezidenti Lars Lemann diqqətə çatdırıb ki, memorandum Azərbaycanda biznesə dəstəyin gözəl nümunəsidir. Dövlətin dialoqa açıq olması, bizneslə əməkdaşlıq səviyyəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə biznesimizin inkişafı üçün əsas yaradır. Azərbaycanda dövlətlə biznes arasında dialoqa belə yanaşma Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin göstəricisidir və bu yanaşma yaxın gələcəkdə öz bəhrəsini mütləq göstərəcək.
“Mən dörd ilə yaxındır ki, Azərbaycanda yaşayır və işləyirəm. İstər Azərbaycandakı biznesin rəhbəri kimi bizneslə hakimiyyət arasında dialoqda, istərsə də gündəlik həyatda bazar şəffaflığında, müştəriyə xidmətdə və bir çox başqa sahələrdə ildən-ilə real tərəqqini görürəm. Şübhəsiz ki, bu, həm də İqtisadiyyat Nazirliyinin sektor və miqyasından asılı olmayaraq biznesin dəstəklənməsinə yönəlmiş effektiv və dəqiq aparılan işinin nəticəsidir. Biz çox şadıq ki, hakimiyyətdə əsas tənzimləyici orqan və maraqlı tərəf bizim əsas tərəfdaşımız və dəstəkçimizdir. Bu, gələcəkdə Azərbaycanda biznesimizin genişləndirilməsinə inamı daha da artırır”, - deyə “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

