Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
02.07.2021 [10:32]
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Statistika Komitəsinin sədri Tahir Budaqov iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərinə məlumat verib. Bildirib ki, Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasına, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafına, həmçinin statistik məlumatlara olan inamın artırılmasına nail olmaq üçün rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. Komitə sədri onu da qeyd edib ki, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, Strateji Yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi məqsədi ilə mühüm tədbirlər uğurla icra edilməkdədir.
Sonra hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər və dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məruzələr dinlənilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla hasilat sənayesində şəffaflıq (HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləyib, beynəlxalq standartlar əsasında HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək lazımi tədbirlər həyata keçirib, o cümlədən müvafiq hesabatların hazırlanaraq ictimaiyyətə açıqlığını təmin edib.
Eyni zamanda, şura üzvlərinin diqqətinə çatdırılıb ki, inzibati məlumatlar sahəsində həyata keçirilən tədbirlər, qüvvədə olan rəsmi statistika hesabatı formalarındakı göstəricilərin ixtisar olunmasına və bununla da respondentlərə düşən hesabat yükünün azalmasına, məlumatların toplanmasına ayrılan vaxta və vəsaitə qənaət edilməsinə gətirib çıxaracaq.
Müzakirələrlə davam edən şura iclasında mövzu ilə bağlı təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09

