Azərbaycanda əlverişli investisiya mühiti var
13.07.2021 [09:03]
Prezident İlham Əliyev: Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir
Sərmayənin cəlb edilməsi hər bir ölkə üçün çox önəmli məsələdir. Hazırda bütün dünyada investisiyalar uğrunda ciddi mübarizə gedir. Ayrı-ayrı ölkələr milli iqtisadiyyatlarının inkişafı, infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Valyuta Fonduna və digər qurumlara çoxsaylı müraciətlər edirlər. Azərbaycanın nümunəsində isə biz tamam fərqli mənzərənin şahidi oluruq. Son 18 ildə ölkəmiz, milli iqtisadiyyatımız investisiya cəlbediciliyi baxımından hər hansı bir çətinliklə üzləşməyib və müxtəlif layihələrin maliyyə təminatı yüksək səviyyədə öz həllini tapıb. Prezident İlham Əliyev bu günlərdə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin investisiya cəlbediciliyinin yüksək olmasından məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir”.
İnvestisiya qoyuluşunun artması ölkəmizin müsbət reallıqları ilə bağlıdır
Hazırda dünyada yaşanan narahatlıqlar fonunda Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev respublikamızın investisiya cəlbediciliyinin davamlı şəkildə artmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Son 18 ildə respublikamızın investisiya cəlbediciliyinin artmasına hesablanan güclü hüquqi bazanın yaradılması və praktiki müstəvidə ardıcıl tədbirlərin görülməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Ölkəmizdə yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına hesablanan sənədlərdən biri də “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamdır. Sənəddə ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən starteji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası” ilə bağlı mühüm müddəalar yer alıb. Bu və digər islahat tədbirləri investorlarda ölkəmizdə müxtəlif sahələrə sərmayələr yönəltməyə böyük inam yaradıb.
Son 18 ildə respublikamıza yönəldilən investisiyaların strukturunda həm daxili, həm də xarici investisiyaların həcmləri böyük rəqəmlərlə ölçülür. Azərbaycan xarici və daxili sərmayələri cəlb etməklə özünün uğurlu inkişafını təmin edir. Yüksəksəviyyəli infrastruktur quruculuğu daxili investisiya qoyuluşunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Son 18 ildə paytaxt Bakıda və bölgələrdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir sosial və iqtisadi təyinatlı infrastruktur sayəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib.
Eyni zamanda, bu gün Azərbaycanla əməkdaşlıq etmək və milli iqtisadiyyatımıza sərmayələr yönəltmək istəyən ölkələrin və transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bu sırada öncül yerləri tutan Türkiyənin, Rusiyanın, İranın, Böyük Britaniyanın, İtaliyanın, Almaniyanın, ABŞ-ın və digər ölkələrin şirkətlərinin fəallığını xüsusi qeyd edə bilərik. Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşür. Qeyd edək ki, respublikamız Aİ məkanında olan 9 dövlətlə strateji tərəfdaşlıq müqavilələri imzalayıb. 2021-ci ilin aprelində Azərbaycanın Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin imzalanması xarici investorların ölkəmizə böyük həcmlərdə investisiya yönəltməkdə maraqlı olduqlarını əyani şəkildə təsdiqləyir. Respublikamız təxminən 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpaolunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərinə daha bir addım yaxınlaşıb.
Öz növbəsində, getdikcə iqtisadi və maliyyə imkanları genişlənən Azərbaycan da xarici ölkələrə investisiya qoyuluşunun həcmini ildən-ilə artırır. Respublikamız qonşu Gürcüstanda , Türkiyədə, Rusiyada və digər ünvanlarda uğurlu investisiya fəaliyyəti həyata keçirir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycana investisiya qoyuluşunun artması ölkəmizin müsbət reallıqları ilə bağlıdır. İnvestorlar uzunmüddətli sabitlikdən, yüksəksəviyyəli infrastruktur təminatından bəhrələnməklə ölkəmizdə müxtəlif sahələrə böyük həcmlərdə sərmayələr yönəltməyə böyük maraq göstərirlər. Burada əlbəttə ki, ölkəmizin güclü kadr potensialına malik olması, nəqliyyat imkanları, müharibənin başa çatması və digər amillər də mühüm rol oynayır. Respublikamızdakı sabitliyin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir”.
Ələt Azad İqtisadi Zonası bir ildən sonra investorları qəbul etməyə hazır olacaq
Azərbaycan Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılmasında dünyanın ayrı-ayrı ölkələrindəki oxşar qurumların müsbət təcrübəsindən bəhrələnməklə yeni yanaşma nümayiş etdirir. Belə ki, burada həm ölkəmizin regional inkişaf amili, həm də investorların rahatlığının təmin edilməsi maksimum dərəcədə nəzərə alınıb. Məlumdur ki, Azərbaycanda bölgələrin tarazlı inkişafına ciddi diqqət göstərilir. Bu baxımdan Azad İqtisadi Zonanın Ələt qəsəbəsində yaradılması çox yaxşı seçimdir. İqtisadi zonada yaradılacaq istehsal və paylama şəbəkəsində yerli əhalinin məşğulluğunun təmin olunması üçün yeni imkanlar yaranacaq. Paralel şəkildə xidmət şəbəkəsi genişlənəcək , bir sıra əlaqəli sahələr də inkişaf edəcək, quruculuq-abadlıq işlərinə diqqət artacaq.
İnvestorların rahatlığının təmin olunması da azad iqtisadi zonaların uğurlu fəaliyyətini şərtləndirən çox mühüm amildir. Ələt Azad İqtisadi Zonası bu baxımdan da bütün şərtləri yüksək səviyyədə təmin edəcək. Ələt Azad İqtisadi Zonasına yatrım edəcək investorlar, eyni zamanda, mükəmməl infrastruktura malik iki transmilli nəqliyyat marşrutuna çıxış imkanı qazanacaqlar. Bu, istehsalçı və paylama şirkətlərinin maraqlarının yüksək səviyyədə təmin olunması deməkdir. Ələt qəsəbəsində yaradılan Azad İqtisadi Zonada fəaliyyət göstərəcək şirkətlər həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edə biləcəklər. Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının funksionallığının təmin olunması üçün geniş fəaliyyət planının olduğunu diqqətə çatdırıb. Dövlət başçımız deyib ki, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Yeni yaradılan iqtisadi zonanın önəminə diqqət çəkən Prezident İlham Əliyev “Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır”, - deyə vurğulayıb.
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25

