Azərbaycan ən azı yüz il...
02.02.2022 [10:05]
Beynəlxalq enerji bazarında əvəzedilməz və etibarlı tərəfdaşa çevrilir
Mübariz ABDULLAYEV
Azərbaycan regional və qlobal miqyasda cərəyan edən proseslərə daim öz müsbət təsirini göstərir. Ölkəmiz Xəzər-Qara dəniz coğrafiyasında sabitlik və təhlükəsizlik şəraitində əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verir. Son illərdə Azərbaycanın liderliyi və moderatorluğu ilə reallaşdırılan bir sıra layihələr regionun sosial-iqtisadi mənzərəsini tamam dəyişib. Respublikamızın məqsədyönlü enerji siyasəti də bu baxımdan xüsusi önəm daşıyır.
Uzunmüddətli proqnozlaşdırma
Müxtəlif siyasi və iqtisadi amillər dünya bazarlarında neft və neft məhsulları ilə təmsil olunan ölkələrin mövqelərini zəiflədə və yaxud möhkəmləndirə bilər. Burada ixracatçı ölkələrin həyata keçirdiyi siyasət, təchizatçı-istehlakçı maraqlarını balanslaşdırılmış şəkildə qoruması mühüm rol oynayır.
Azərbaycanın enerji siyasəti, ilk növbədə, ədalət prinsipinə əsaslanır. Ölkəmiz o mövqedən çıxış edir ki, enerji amili heç bir halda siyasi təzyiq vasitəsinə çevrilməməlidir. İstehsalçı-tranzit-istehlakçı zəncirində bütün tərəflər qarşılıqlı münasibətlərdən faydalanmalıdır. Biz enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə olunmasının acı fəsadlarını bir neçə il bundan əvvəl Avropada yaşanan “mavi yanacaq” böhranı zamanı gördük. Təchizatçı dövlətlərin istehlakçı qismində çıxış edən Avropaya qaz nəqlini azaltması, yeni qiymətlər diktə etməsi “qoca qitə”ni arzuolunmaz sürprizlərlə üz-üzə qoydu. Azərbaycan isə müqavilələr imzaladığı istehlakçılara qarşı bir dəfə də olsun belə ədalətsizliyə və sui-istifadə hallarına yol verməyib. Ona görə də ölkəmizin etibarlı tərəfdaş imici getdikcə möhkəmlənir. Azərbaycanın enerji siyasəti həm də uzunmüddətli perspektivə hesablanması ilə diqqət çəkir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Açığını deyim ki, mən həyatda qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsək, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Lakin mən məhz sizin dediyiniz kimi, yarım əsr irəliyə baxıram. Energetika sahəsində bu müddət 100 ildir. Yəni, Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir”.
Enerji siyasətində qazanılan uğurlar ölkəmizdə uzunmüddətli dövr üçün müəyyənləşdirilən strateji məqsədlərin reallaşdırıldığını göstərir. Azərbaycanda neftçıxarmanın qədim tarixi var. Ancaq 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib.
“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Bəhs olunan layihələr sayəsində Azərbaycanın regionda və Avropada önəmi əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayır. Belə ki, bir çox şirkətlər geri qayıdaraq yeni layihələrə qoşulurlar. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlaının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Bütün bu kimi faktlar ölkəmizin etibarlı tərəfdaş imicinin getdikcə möhkəmlənməsini əyani şəkildə təsdiqləyir.
Şaxələndirilmiş ixrac marşrutları
Məsuliyyətli dövlət olan Azərbaycan müqavilə öhdəliklərinə həmişə yüksək səviyyədə əməl edir. Məlumdur ki, respublikamız dünya bazarlarına nefti şaxələndirilmiş marşrutlarla çıxardır. 1999-cu ildə istismara verilən Bakı-Supsa kəməri ötən 20 ildə uğurla fəaliyyət göstərib. 2021-ci ilin sonlarında bu kəmərlə “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neftlə yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb. Qeyd edək ki, Bakı-Supsa boru kəmərinin ümumi uzunluğu 829 km-dir. Kəmərin Azərbaycan hissəsi 456 km, Gürcüstan hissəsi isə 373 kilometrdir.
Azərbaycanın ən böyük ixrac boru kəməri isə Bakı-Tbilisi-Ceyhandır. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər də bu ixrac marşrutundan bəhrələnirlər.
Ötən il magistral neft kəmərləri ilə 35 milyon 18 min ton neft nəql edilib. Nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. İl ərzində bu kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb. Ötən il, həmçinin BTC kəməri ilə 3 milyon 598,4 min ton tranzit nefti də nəql olunub.
İxrac coğrafiyası
Ötən il Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 12 milyon 581,6 min ton, dəyəri isə 6 milyard 64,5 milyon ABŞ dolları olub. Bundan başqa, 2021-ci ildə ölkəmizdən İsrailə 887,5 milyon dollarlıq 1 milyon 710,7 min ton, Xorvatiyaya 751,2 milyon dollarlıq 1 milyon 530,6 min ton, Almaniyaya 628,1 milyon dollarlıq 1 milyon 164,5 min ton, Portuqaliyaya 587 milyon dollarlıq 1 milyon 160,9 min ton, Hindistana 584,1 milyon dollarlıq 1 milyon 261,3 min ton, İspaniyaya 552,6 milyon dollarlıq 1 milyon 270,8 min ton, Tunisə 506,1 milyon dollarlıq 1 milyon 6,9 min ton, Ukraynaya 373,4 milyon dollarlıq 848,9 min ton, Böyük Britaniyaya 368,6 milyon dollarlıq 714 min ton xam neft və xam neft məhsulları ixrac edilib. Qeyd edək ki, ötən il Azərbaycandan ümumilikdə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edilib. Ümumi ixracın dəyəri isə 13 milyard 218,9 milyon dollar olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

