Xəzərdən Avropaya uzanan ixrac kəmərləri
08.02.2022 [10:49]
Mübariz
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasında nəql marşrutlarının şaxələndirilməsi strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu strateji xəttə uyğun olaraq ölkəmizin moderatorluğu ilə yaradılan nəql marşrutları Azərbaycanın tərəfdaş dövlətlərlə enerji əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Diversifikasiya edilmiş nəql marşrutlarının mövcudluğu təchizatçı ölkə kimi Azərbaycanın böyük üstünlüyüdür. Bu, eyni zamanda, istehlakçıların maraqlarına tam cavab verir.
Şaxələndirilmiş nəql marşrutlarının funksionallığı
“Əsrin müqaviləsi” imzalandıqdan sonra qarşıda duran əsas vəzifə Xəzərin Azərbaycan sektorundan hasil olunacaq böyük neftin ixracı üçün zəruri infrastrukturun yaradılması idi. Bu istiqamətdə işlərə Bakı-Novorossiysk kəmərinin bərpasından başlanıldı. 1997-ci ilin sonlarında neftin əsaslı şəkildə bərpa olunan Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas ixrac neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmərin çəkilməsi Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
Bütün ekoloji normalar, ən müasir standartlar gözlənilməklə çəkilən Bakı-Tbilisi-Ceyhanın (BTC) istismarı ötən dövrdə uğurla təmin edilib. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər, o cümlədən Qazaxıstan və Türkmənistan da bu ixrac marşrutundan bəhrələnirlər. BTC-nin istismarının 15-ci ilinin tamamında əlamətdar hadisə yaşanıb - Xəzər neftinin 500 milyonuncu tonu 2021-ci il dekabrın 12-də SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4922-ci olan tanker ilə Triestə (İtaliya) yola salınıb. 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə dünya bazarlarına nəql edib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.
2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən “mavi yanacaq” Bakı-Tbilisi-Ərzurum vasitəsilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. Xatırladaq ki, uzunluğu 690 kilometr olan Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft kəmərilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bakı-Tbilisi-Ərzurum kəmərinin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı. Bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi layihəsi üçün bünövrə yaratdı.
Cənub Qaz Dəhlizinin yaradılması Azərbaycanın tarixi nailiyyətidir
Bakı-Tbilisi-Ərzurum ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində dəyərləndirilən “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi üçün nəzərdə tutulmuşdu. Dünyanın unikal qaz yataqları sırasında yer alan “Şahdəniz”in ikinci mərhələdə işlənməsi daha böyük həcmlərdə “mavi yanacaq” istehsalı demək idi. Bundan başqa, perspektivdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların da işlənilməsi planlaşdırılır. Beləliklə, böyük qaz həcmlərinin Avropaya çatdırılması üçün ötürücülük imkanları daha geniş olan boru xəttinin çəkilməsi vacib idi. Azərbaycan Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü və layihə ətrafında tərəfdaşlar toplamağa nail oldu. Xatırladaq ki, respublikamızın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb.
Təxminən 3500 kilometr məsafədə uzanan Cənub Qaz Dəhlizi açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirir. Layihə çərçivəsində işlər dörd mühüm seqment üzrə reallaşdırılıb. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, TANAP və TAP layihələri daxildir. Bütün seqmentlər üzrə böyük iş həcmi yerinə yetirilib.
Maraqların balansı Cənub Qaz Dəhlizinin uğurlarını şərtləndirən əsas amillərdən biridir. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya, həmçinin Monteneqro ilə də anlaşma memorandumları imzalanıb.
2020-ci il dekabrın son günlərində TAP seqmenti üzrə işlər tamamlandıqdan sonra Azərbaycan qazının Avropaya çatdırılması qarşısında daha heç bir maneə qalmamışdı. Artıq bir ildir ki, “Şahdəniz-2” fazası çərçivəsində hasil olunan “mavi yanacaq” Cənub Qaz Dəhlizi ilə Avropanın ayrı-ayrı ölkələrinə çatdırılır. Ötən bir ildə respublikamız Avropaya qaz tədarükünü 8 milyard 150 milyon kubmetrə çatdırmağa nail oldu. Ölkəmiz 2022-ci ildə Avropaya əvvəlcədən razılaşdırılan sifarişlərdən daha çox - 10 milyard, 2023-cü ildə isə 11 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Perspektivdə Azərbaycanda Avropa üçün tədarük olunan “mavi yanacaq”ın həcmi artırılacaq. Bütövlükdə, Cənub Qaz Dəhlizi ilə ildə 31,5 milyard kubmetr qaz nəql etmək imkanı var.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37

