Yüksək qiymətlərə effektiv zərbə
24.02.2022 [10:10]
İstehlak bazarı inflyasiya təzyiqlərindən necə qorunacaq?
Mübariz ABDULLAYEV
Hazırda ölkənin ticarət şəbəkələrində qiymətlər bazar iqtisadiyyatı prinsipləri əsasında tənzimlənr, bu sahədə inzibatçılığa, kənar müdaxilələrə yol verilmir. Qiymətlərin tələb və təklif əsasında formalaşması isə öz növbəsində istehlak bazarında məhsul bolluğunu təmin edir. Bu fonda bir sıra malların qiymətlərinin artması isə narahatlıq doğurmaya bilməz. Etiraf etmək lazımdır ki, qiymətlər bir sıra hallarda manipulyasiyalara görə artır.
Hökumətin zəruri tənzimləmə tədbirləri
Azərbaycan hökuməti bazar iqtisadiyyatı prinsiplərinin gözlənilməsi şərtilə müəyyən iqtisadi-maliyyə alətlərindən istifadə etməklə inflyasiyanı cilovlamağa, istehlak bazarında malların ucuzlaşmasına nail olmağa, qiymət manipulyasiyalarının qarşısını almağa çalışır. Baş nazir Əli Əsədovun bu günlərdə imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Nazirlər Kabinetinin Sərəncamında da bu məqsədlə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub. Sərəncama əsasən, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla yanaşı iqtisadiyyat və maliyyə nazirliklərinə, Mərkəzi Banka, Dövlət Gömrük Komitəsinə və digər qurumlara zəruri tapşırıqlar verilib. “Yeni Azərbaycan”da təqdim etdiyimiz birinci yazıda hökumətin daxili istehlak bazarının həm təchizat, həm də qiymət baxımından optimallaşdırılması məqsədilə nəzərdə tutduğu bir sıra tədbirlərdən bəhs etdik. Əslində Sərəncamda da qeyd olunduğu kimi, hökumətin hədəflərinin əhatə dairəsi daha genişdir. Sənəddə yüksək qiymətlərə müxtəlif təsir mexanizmləri, daxili bazarın yerli istehsal hesabına təchizatının daha da gücləndirilməsi, idxal inflyasiyasının minimallaşdırılmasını hədəfləyən tədbirlərin görülməsi nəzərdə tutulub
Gömrükdə güzəştlər
İstehlak bazarında qiymətlərin tənzimlənməsini hədəfləyən tədbirlərin bir qismi gömrükdə nəzərdə tutulan güzəştlərlə bağlıdır. Dəyər zəncirində gömrük rüsumları da məhsulun satış qiymətinin formalaşmasına öz təsirini göstərir. Beynəlxalq praktikada həssas dönəmlərdə idxal məhsullarına gömrük rüsumlarının azaldılması və yaxud onun tətbiqinin ümumiyyətlə dayandırılması kimi geniş yayılmış bir təcrübə var. Bu, müvəqqəti, qısamüddətli bir tədbir olsa da, konkret nəticəyə hədəflənməsi ilə diqqət çəkir. Xarici mənfi təsirlərin nəticəsi olaraq ölkəmizdə də inflyasiya təzyiqlərinin artdığı indiki dönəmdə Azərbaycan bu təcrübədən bəhrələnməyə qərar verib. Bəhs olunan sərəncamda bununla bağlı konkret müddəalar yer alıb. Sənədə əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi iqtisadiyyat və maliyyə nazirlikləri ilə birlikdə konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə dair razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Eyni zamanda, idxal mallarının gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılması nəzərdə tutulub. Konsept ondan ibarətdir ki, gömrükdə saxlanc və yükləmə-boşaltma xərcləri minimallaşdırılsın, vəsaitlərin izafi xərclənməsinin qarşısı alınsın. Mütəxəssislərin qənaəti belədir ki, idxal məhsullarına gömrük güzəştlərinin tətbiqi yolu ilə malların yüksək pərakəndə satış qiymətlərini müəyyən həcmlərdə aşağı salmaq tam realdır.
Güzəştli maliyyələşdirmə alətləri
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamında, həmçinin bir sıra güzəştli maliyyələşdirmə tədbirləri ilə istehlak bazarında məhsulların yüksək qiymətlərinə effektiv şəkildə təsir göstərilməsi hədəhlənib. Söhbət ondan gedir ki, ölkəmizdə davamlı dövlət dəstəyindən bəhrələnən güclü sahibkarlar ordusu formalaşıb. Eyni zamanda, Azərbaycan dövləti geniş maliyyə resurslarına malikdir. Bu iki mühüm amili birləşdirməklə, başqa sözlə desək, sahibkarların maliyyə təminatını gücləndirməklə konkret istiqamətlər üzrə daxili istehsalı artırmaq və istehlak bazarında idxal məhsullarını əvəzləmək mümkündür. Yerli məhsullar idxal olunan mallarla müqayisədə daha ucuz başa gəlir. Ölkəmizdə bu kimi amillər nəzərə alınmaqla perspektivdə əsas ərzaq məhsullarının tədarükünə güzəşt tətbiq olunması nəzərdə tutulur. Sənədə əsasən, əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanacaq. Sərəncamda İqtisadiyyat Nazirliyinə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini hazırlayıb 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Respublikamızda, həmçinin indiki dövrün tələbləri nəzərə alınmaqla qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızları buraxılacaq. Sərəncamda Maliyyə Nazirliyinə tapşırılıb ki, inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı istiqamətində lazımi tədbirlər görsün.
Sənəddə əksini tapan bir məsələnin də aktuallığı kifayət qədər böyükdür. Söhbət strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərin hazırlanmasından gedir. İndiki dövrdə milli hökumətlərin ərzaq təhlükəsizliyinə necə ciddi yanaşdıqları hər kəsə bəllidir. Hətta bəzi dövlətlər qlobal ərzaq qıtlığı fonunda öz təlabatlarından artıq qida məhsulları tədarük etmək qayğısına qalırlar. Bəhs olunan sənədə əsasən ölkəmizdə də strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq. Müvafiq qurumlar tərəfindən təkliflər hazırlanarkən, heç şübhəsiz ki, qlobal ərzaq bazarındakı vəziyyət nəzərə alınacaq.
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50

