Rusiya rublla ödənişə israrlıdır
02.04.2022 [10:40]
Mübariz ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsi paralel şəkildə sanksiyalarla müşayiət olunur. İndiyədək Ukraynanın müdafiəsinə qalxan ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı dörd mərhələdə sərt sanksiyalar tətbiq ediblər. Hazırda isə beşinci sanksiyalar paketinin tətbiqi ilə bağlı müzakirələr aparılır. Sanksiyalara məruz qalan Rusiya da, necə deyərlər, əlini əlinin üstünə qoyub passiv gözləmə mövqeyi tutmur. Bu ölkə də sanksiya müəlliflərini elə öz silahları ilə vurmağa qərar verib.
Qərb üçün soyuq duş effekti
Geniş iqtisadi potensiala və təsir imkanlarına malik olan Rusiyanın Qərbə qarşı əvəz olaraq hazırladığı sanksiyalar siyahısında ABŞ-ın və “qoca qitə”nin ən həssas nöqtələri nəzərə alınıb. Məlumdur ki, Avropa üçün enerji təhlükəsizliyi bir nömrəli məsələdir. İş ondadır ki, “qoca qitə”nin enerji daşıyıcılarına olan tələbatı böyük dərəcədə Rusiyadan həmin məhsulların idxalı hesabına qarşılanır. Bu məqamı dəyərləndirən Rusiya ona qarşı sanksiyalar tətbiq edən “dost olmayan ölkələr”i satdığı qazın dəyərinin dollar və yaxud avro ilə deyil, rublla ödənilməsi tələbi ilə sınağa çəkmək qərarına gəlib. Rusiya Prezidenti Vladimir Putin “dost olmayan ölkələr”ə ixrac olunacaq qazın dəyərinin ödənilməsi mexanizminin dəyişdirilməsi ilə bağlı planlarını ilk dəfə bir neçə gün bundan əvvəl hökumətin iclasında açıqlayıb.
Sözügedən ödəmə mexanizmi Qərb üçün kifayət qədər sərt cəza tədbiri sayıla bilər. Böyük təchizatçı olan Rusiyanın bu tələbi ABŞ-da müəyyən qədər təmkinlə qarşılansa da, Avropa İttifaqı ölkələrində, sözün əsl mənasında, soyuq duş effekti yaradıb. Ölkələr yeni ödəmə mexanizminə hazır deyillər. ABŞ-ın təmkin nümayiş etdirməsi başadüşüləndir. Bu ölkənin özü “mavi yanacaq” ehtiyatlarına malikdir. Avropanın isə Rusiya qazından böyük asılılığı var. Şimal qonşumuz təxminən 40 faizlik payla “qoca qitə”nin qaz bazarında hegemon mövqeyə malikdir. Baş?na çarə tapa bilməyən Avropa ölkələri, o cümlədən də 7G dövlətləri “Rusiyadan idxal etdiyimiz qazın dəyərini rublla ödəməyəcəyik” yekdil cavabını veriblər.
Lakin bu cavab olsa-olsa Avropanın istəklərini əks etdirir. Rusiya isə öz qərarında “öldü var, döndü yoxdur” mövqeyindən çıxış edir. Deyə bilərik ki, Rusiyanın dövlət başçısının “dost olmayan ölkələr”lə qaz ticarəti qaydaları barədə imzaladığı fərman bütün tərəddüdlərə nöqtə qoyub. Vladimir Putin aviasiya sənayesi ilə bağlı keçirilən müşavirədə ölkəsinin israrlı mövqeyini bir daha nəzərə çatdıraraq vurğulayıb ki, biz “dost olmayan ölkələr”ə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Məhz bu hesablardan aprelin 1-dən verilən qazın pulu rublla ödənilməlidir.
Yeni sürprizlər gözlənilir
Qazın dəyərinin rublla ödənilməsi tələbini Avropanın “qara günləri”nin başlanğıcı saymaq olar. “Qoca qitə” üçün Rusiyadan yeni həmlələr və yaxud yeni sürprizlər də gözləniləndir. Rusiyanın Dövlət Dumasının spikeri Vyaçeslav Volodin dəyəri rublla ödənə biləcək digər ixrac məhsullarının siyahısının genişləndirilməsi təklifi ilə çıxış edib. Spiker rublla satılacaq məhsulların siyahısında gübrələrin, taxılın, yağın, neftin, kömürün, qara metalların və digər məhsulların da yer ala biləcəyini bildirib. O, özünün “Teleqram” kanalında avropalı siyasiləri rublla ödəmə aparmağa imkanlarının olmaması ilə bağlı bəhanələr axtarmağı dayandırmağa çağırıb. “Sanksiyalar siyasəti ilə bizi təcrid etməyə çalışdınız, ancaq özünüzü təcrid etdiniz. Qəbul olunan qərarlara cavab vermək lazımdır”, - deyə V.Volodin bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

